reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda KÜTLƏVİ DAVA: 1 nəfər öldü, 6 nəfər saxlanıldı

reklam

Bakıda KÜTLƏVİ DAVA: 1 nəfər öldü, 6 nəfər saxlanıldı


Fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə məlumat daxil olub. 

Nizami rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmanın gedişində 6 nəfər şəxsin Keşlə qəsəbəsində mübahisə etməsi və mübahisə zamanı orada olan Rauf Hüseynov və Ramin İsayev tərəfindən bıçaqla xəsarət yetirilməsi nəticəsində İlkin Rzayevin hadisə yerində, Xəyal Rəhimovun isə xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə cinayət işi başlanıb

İş üzrə 4 nəfər şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
11-02-2023, 10:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər