reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycandan qaçan pakistanlılar saxlanıldı - FOTO

reklam

Azərbaycandan qaçan pakistanlılar saxlanıldı - FOTO

 

Gürcüstan istiqamətində dövlət sərhədi pozulub.

Dövlət Sərhəd Xidmətindən verilən xəbərə görə, dekabrın 27-də saat 10:45-də Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Pakistan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Paylaş:


Müəllif : Tarix:
28-12-2022, 12:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər