Mingəçevirdə avtomat satan tutuldu - FOTO
Mingəçevirdə üzərində “Kalaşnikov” gəzdirən keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində Eldəniz adlı şəxsin üzərində odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına məlumat daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də törətdiyi cinayətlərə görə ümumilikdə 4 dəfə məhkum olunmuş Eldəniz Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində daşıdığı sellofan torbadan “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 10 ədəd patron aşkar edilərək götürülüb. E.Əliyev ifadəsində silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polisə təhvil verməyərək özündə saxladığını bildirib.
İlkin araşdırma zamanı saxlanılan şəxsin silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-11-2022, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"WhatsApp"da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş - Dəhşətli cinayətin TƏFƏRRÜATI

2 saylı Uşaq Xəstəxanasından ŞİKAYƏT – “Analar saçlarını yuduğu üçün isti suyu kəsiblər”

Mülkiyyət və icarə hüququ olmayanların kənd təsərrüfatı torpaqlarındakı evləri ilə bağlı DİN-ə müraciət edilib

Talıbovların daha bir şirkəti üzə çıxdı - Rza Talıbov "Cagteks"ə nə qədər sərmayə qoyub?

BU NƏDİ BELƏ: Mənzillərin qiyməti “göydələn”lərin boyunu aşıb – Bakıda son 15 ilin rekordu