Yenidoğulmuş körpə həkim səhlənkarlığından ölüb - Cinayət işi başlandı

Qazaxda doğum vaxtı körpənin səhlənkarlıqdan ölməsi ilə bağlı cinayət işi başlanıb.
Rayon prokurorluğundan verilən məlumata görə, Qazax rayon sakini Könül Şabanovanın 19 iyun 2022-ci il tarixdə Qazax rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı araşdırma aparılıb. Müəyyən edilib ki, xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməyib, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməyib, həmçinin doğuşa həkim-neonatoloq dəvət edilməyib.
Qeyd olunan səbəblərdən körpənin real vəziyyəti düzgün qiymətləndirilməyib və ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-10-2022, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Nizami city" vətəndaşın evini başına uçurur: Dəhşətli görüntülər! - Kranlar evin üzərində...

Su Ehtiyatları Agentliyində "qeyri-səlis iş metodu": belə ağır işdə işləyən fəhlə və... - VİDEO

Buzovnada satılan dönər at ətindən imiş: “FQ Foodex”-in hazırladığı dönər ətlərində salmonella bakteriyası aşkarlanıb

Masazırda şollar su kəmərinin mühafizə zonası zəbt edilib: Ev tikəın kim, obyekt tikən kim...

Lənkaranda biabırçılıq: İcra nümayəndəsinin bacısı olan baxça müdirəsi ərzaqları oğurlayıb?