reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda 19 yaşlı oğlan qətl törətdi

reklam

Bakıda 19 yaşlı oğlan qətl törətdi

















Ötən gecə saat 04 radələrində Nərimanov rayonu, Qarabağ küçəsində qətl törədilib.

Nərimanov Rayon Prokurorluğundan bildirilib ki, 1989-cu il təvəllüdlü Ceyhun Sədyarovun öldürülməsi barədə məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 2003-cü il təvəllüdlü Ömər Cəfərlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Ceyhun Sədyarovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ömər Cəfərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq tədbirləri davam etdirilir.




Paylaş:


Müəllif : Tarix:
31-08-2022, 15:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər