reklam
Regionxeberlericom.az » Hadisə » Polis Bərdədə əməliyyat keçirib, saxlanılanlar var - Fotolar

reklam

Polis Bərdədə əməliyyat keçirib, saxlanılanlar var - Fotolar


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının bugünlərdə keçirdiyi əməliyyat tədbirləri nəticəsində müxtəlif cinayət əməlləri törədən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə,
Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlui bilinən Ağcabədi şəhər sakini Elmir Eminov idarə etdiyi “VAZ” markalı avtomobillə saxlanılıb.
Ona məxsus avtomobilə keçirilən baxış zamanı oradan 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Bundan əlavə şöbə əməkdaşları tərəfindən keçirilən digər uğurlu əməliyyat tədbirləri nəticəsində saxta pulların satışı ilə məşğul olan, eləcə də qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən daha iki nəfər saxlanılıb.
Araşdırmalarla onların Bakı şəhər sakini Tapdıq Məmmədzadə və Bərdə rayon sakini Rəşan Zöhrablı olduqları müəyyən edilib.
T.Məmmədzadə 50 ədəd 50 manatlıq və 80 ədəd 100 manatlıq əskinas olmaqla ümumilikdə 10 500 manat miqdarında saxta pulu satarkən saxlanılıb.  
R.Zöhrablınının yaşadığı ünvandan isə 1 ədəd avtomat, 1 ədəd avtomat darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.









Paylaş:


Müəllif : Tarix:
15-08-2022, 15:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər