reklam
Regionxeberlericom.az » Hadisə » Başı kəsilən qadının ölümünə SƏBƏB NƏ OLUB? - FOTO

reklam

Başı kəsilən qadının ölümünə SƏBƏB NƏ OLUB? - FOTO

Dünən axşam saatlarında Xırdalan şəhərindəki “Abşeron” Gənclər Şəhərciyində qətl törədilib. İlkin məlumata əsasən, kişi binanın həyətində həyat yoldaşının boğazını kəsib. “Sherg.az”ın hadisə yerinə yollanan əməkdaşının hal şahidlərindən əldə etdiyi məlumata görə, qətlə yetirilən xanımın adı Rəqsanə olub. Onlar bir həftə öncə ayrılıblar. Buna rəğmən keşmiş əri Rəqsanəni sürəkli narahat edib.

Mərhumun hadisə yerinə baş çəkən iş yoldaşı onun adıçəkilən şəhərcikdəki Bakcell şirkətinin diller şəbəkəsində çalışdığını bildirib. Hətta qeyd edib ki, keçmiş həyat yoldaşı mərhumun iş yerinə də gələrək onu təhdid edib. Həmin gün Rəqsanə hüquq-mühafizə orqanlarına müraciət edib və məsələ dinc şəkildə yoluna qoyulub.

Bundan sonra kişinin hədə dolu zəngləri ara verməyib. O, dünən gecə barışmaq üçün mərhumun yaşadığı şəhərciyə gəlib. Rəqsanədən 2 dəqiqə vaxt istəyən keçmiş əri onu yaşadığı binanın həyətinə çağırır, təxminən 5 dəqiqə söhbət etdikdən sonra qəfil yerə yıxır və boğaz nahiyəsindəki şah damarına xeyli bıçaq zərbəsi endirir.

Şahidlərin bildirdiyindən, özümüzün müşahidələrimiz və çəkdiyimiz fotolardan aydın görünür ki, bıçaq zərbələrindən sonra sözün həqiqi mənasında qan su yerinə axıb. Məsələnin ən dəhşətli tərəfi odur ki, hadisə azyaşlı oğlan övladlarının gözü qarşısında baş verib. Şahidlər bildirirlər ki, uşağı olay yerindən çox böyük çətinliklə uzaqlaşdırıblar. Azyaşlının qışqırığı ürəkdağlayırmış. Sakinlər onu da əlavə ediblər ki, bu ailənin iki oğlan övladı var.

Daha bir şahid diqqətə çatdırıb ki, hadisə ilə bağlı 103 Təcili Tibbi Yardıma dəfələrlə zəng etsələr də, cavab verilməyib. Ərazidə xidmət aparan polis nəfərlərinin müdaxiləsi ilə Rəqsanə maşına mindirilir və elə avtomobildəcə canını tapşırır.

Təqdim etdiyimiz fotolardan da göründüyü kimi, Rəqsanədən geriyə qalanlar ömrünün sonuna qədər travma ilə yaşayacaq iki oğlu, asfaltın üzərindəki qanlı xatirə və bir də tay- keş çəkələyi qalıb.

Daha bir içacıdan məqam odur ki, Rəqsanənin xatirəyə çevrildiyi yerə heç qərənfillər düzülməmişdi. Hamı heç nə olmamış kimi davranır, deyib- gülürdü.

Hələ “Yəqin elə qələt qarışdırıbmış ki, əri başını kəsib” yarlığını xatirələrinin kürəyinə yapışdıran həmcinsləri də vardı. Allah sənə rəhmət eləsin, Rəqsanə!








Paylaş:


Müəllif : Tarix:
31-05-2022, 12:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər