Avropa məhkəməsi Azərbaycanı cərimələdi
İyulun 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş üç şikayət üzrə qərarını açıqlayıb.
regionxeberlericom.az BakuPost-a istinadən xəbər verir ki, məlumatı hüquqşünas Xalid Ağalıyev yayıb. Şikayətçilər İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinlidir. Onlar 2010-cu ilin parlament seçkisi zamanı deputatlığa namizəd olublar (Bakı, Sumqayıt şəhərlərindən və İmişli rayonundan), amma seçkidə iştiraka gec buraxılıblar.
Seçki komissiyaları onların namizədlik üçün topladıqları imzaları saxta hesab edib. İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinli məhkəməyə üz tutublar.
Məhkəmə onların iddialarını təmin edərək seçkiyə qatılmalarına razılıq verib. Ancaq namizədlik sənədi seçki gününə bir neçə gün qalmış təqdim edildiyindən kampaniya apara bilməyiblər. Onların iddialı olduqları seçki dairələrində səsvermənin başqa tarixə keçirilməsi tələbləri isə rədd olunub. Şikayətçilər deputat seçilə bilməyiblər.
Avropa Məhkəməsi İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin hər birinin seçki hüququnun pozulduğu qənaətinə gəlib. Məhkəmənin qərarına əsasən, Azərbaycan hökuməti şikayətçilərin hər birinə 7500 avro məbləğində təzminat verməlidir.
Bundan başqa İxtiyar Abdalovun vəkilinə 1400, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin vəkillərinin hər birinə isə 2200 avro ödənməlidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-07-2019, 09:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-07-2019, 09:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var