reklam
Regionxeberlericom.az » Hadisə » Mingəçevirdə kütləvi zəhərlənmə - 5-i azyaşlıdır

reklam

Mingəçevirdə kütləvi zəhərlənmə - 5-i azyaşlıdır
















Bu gün axşam saatlarında Mingəçevir şəhərində müxtəlif ünvanlardan zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım xidmətinə kütləvi müraciətlər daxil olub.

Mingəçevir şəhər xəstəxanasından zəhərlənmə faktları ilə bağlı axşam saatlarından etibarən kütləvi müraciətlərin olmasını təsdiq ediblər.

Bildirilib ki, zəhərlənən sakinlərdən 5-i azyaşlıdır. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. 

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına  yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq ) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 

Digər 2 nəfərin isə vəziyyəti stabildir. 

Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.




Paylaş:


Müəllif : Tarix:
3-04-2022, 23:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər