reklam
Regionxeberlericom.az » Hadisə » Göyçayda ata və oğul həmyerlisini döyərək bıçaqlayıb

reklam

Göyçayda ata və oğul həmyerlisini döyərək bıçaqlayıb


Göyçay rayon sakinləri arasında dava bıçaqlanma ilə nəticələnib.

Hadisə rayonun Birinci Ərəbcəbirli kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini 1957-ci il təvəllüdlü Sadiq Sadiqov həmyerlisi - 1966-cı il təvəllüdlü Həmzə Məmmədovu döyüb. Sadıq Sadıqov oğlu Allahverənlə birlikdə Həmzə Məmmədovu qəbirstanlığa çağırıb orada mübahisə (razborka edib) ediblər. Mübahisə zamanı Sadiq Sadiqovun oğlu, 1990-cı il təvəllüdlü Allahverən Sadiqov Həmzə Məmmədova hücum edərək onu bıçaqlayıb. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov da təsdiqləyib. O, bildirib ki, hadisəni törədən ata və oğul polis əməkdaşları tərəfindən saxlanılaraq izahatı alınıb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

RegionXəbərləri.com 

 


Paylaş:


Müəllif : Tarix:
7-10-2021, 15:59
Sikayət   


loading...
Загрузка...