reklam
Regionxeberlericom.az » Hadisə » Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: - “Oğlanı zorlamışdı...”

reklam

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: - “Oğlanı zorlamışdı...”


Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, hadisə ötən il dekabrın 5-də saat 06:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində qeydə alınıb.

1951-ci il təvəllüdlü Mehdi İsmayılov münaqişə zəminində oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

M.İsmayılova Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Məhkəmədə ifadə verən M.İsmayılov özünü qismən təqsirli bilib və qeyd edib ki, oğlu və gəlinini öldürmək niyyəti olmayıb. Hadisə anını xatırlamadığını bildirilib.

Bu səbəbdən onun ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Təqsirləndirilən şəxs bildirib ki, 1985-ci ildə ailə həyatı qurub, 3 övladı olub:

“1986-cı ildə böyük oğlum Rövşən, 1987-ci ildə Rəşad və 1999-cu ildə isə qızım Nərmin anadan olub. Əvvəllər çilingər işləmişəm, avtomobillərin təmiri ilə məşğul olmuşam. Hal-hazırda işləmirəm, təqaüddəyəm. Həyat yoldaşım heç vaxt işləməyib, evdar qadın olub. Böyük oğlum Rövşən fəhlə işləməklə ailəsi ilə birlikdə Xətai rayonunda yaşayır. Qızım isə xaricdə yaşayır. Rəşad isə mənimlə birlikdə yaşayırdı və heç yerdə işləmirdi. Rəşad çox ağır xasiyyətli, uşaqlıq illərindən etibarən çox nadinc, sözə qulaq asmayan, problemli övlad olub. Oğlan yoldaşını zorlamışdı və buna görə 6 il azadlıqdan məhrum edilmişdi. Azad olunduqdan sonra bir müddət böyük oğlum Rövşənin yanında işlədi, sonra isə Rusiya Federasiyasının İjevsk vilayətinə iş axtarmağa getdi. Orada təxminən 1-2 ay yaşadı, lakin iş tapa bilmədi. İjevsk vilayətində olduğu zaman Asudə adlı xanımla tanış olmuşdu və onunla birlikdə Bakıya geri döndü. Bakıya geri döndükdən sonra Asudə ilə evləndi, bir qızları dünyaya gəldi. Lakin evlilikləri 2 il sürmədi, boşandılar. Asudə qızı ilə birlikdə Rusiyaya valideynlərinin yanına geri qayıtdı. Bir müddət sonra Rəşad indiki gəlinim Cəmalə ilə tanış olub evləndi. Ondan da bir qız övladı oldu”.

M.İsmayılov qeyd edib ki, yaşadıqları yerdən Savalan massivinə köçdükdən sonra ağır günləri başlayıb: “Yoldaşım Sevil ilə Savalan massivinə köçən zamandan etibarən Rəşad həyat yoldaşı Cəmalə ilə bizlə yola getməməyə başladılar. Rəşad özü işləmədi, mütəmadi olaraq dolanışıqları üçün məndən pul tələb etdi. Pul verdikdə isə öz kefinə və istirahətinə xərclədi, nə ailəsinə, nə də bizə baxmadı. Rəşad hər bir xırda məsələyə görə evdə dava-dalaş salır, tez-tez anası Sevilə əl qaldırır, döyür, təhqir edirdi. Lakin bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişik. Cəmalə isə bir gəlin kimi işsiz olmasına baxmayaraq evdə heç bir iş görməyib, yemək bişirməyib, bizə çox pis davranıb. Rəşad uzun illər yığdığım pulları öz kefinə xərcləyərək məni müflis etdi. Hətta evin təmiri zamanı aldığım əşyaları guya özü aldığını bildirərək mənə təzədən satırdı. Mən Rəşada bu barədə iradımı bildirirdim, deyirdim ki, bu cür əməllərinə son qoysun. Lakin o məni söyür və təhqir edirdi. Son zamanlar səhhətim daha da pisləşmişdi, yataq rejiminə keçməyə məcbur olmuşdum. Sinirlərim pozulmuş, revmatizmam tutmuş, prostat vəzim ağrımağa başlamışdı. Gecələr yata bilmirdim. Təxminən 15 gün hadisədən öncə prostat vəzimdən əməliyyat olunmuşdum və ev şəraitində müalicə almağa başlamışdım. Rəşad isə öz əməllərindən, avaraçılığından bezməyib həmişəki kimi mənimlə pis davranır, həyat yoldaşımı və məni hər bir xırda məsələyə görə söyürdü”.

70 yaşlı kişi hadisə günündən də danışıb. O deyib ki, hadisə günü gecəni səhərə qədər yata bilməyib:

“Son günlər Rəşadın hərəkətləri məni daha cox qıcıqlandırırdı, əsəbim gərgin vəziyyətə gəlmişdi. Evdə həmin vaxtı Rəşad, Cəmalə, övladları Gülnarə və həyat yoldaşım Sevil vardı. Sevil yatmışdı, Rəşad isə ailəsi ilə öz otaqlarında idi. Onlar da yatmışdılar. Bu zaman Rəşadın etdiyi hərəkətlər, dediyi sözlər yadıma düşdü və Rəşadı öldürmək istədim. Həyətə çıxıb divanın yanına söykənmiş baltanı götürdüm və evə geri döndüm. Sakit şəkildə Rəşadın yatdığı otağa keçdim. Həmin zaman balaca Gülnarə otağın küncündə öz yatağında, Cəmalə isə Gülnarənin yanındakı çarpayıda yatmışdı. Rəşad isə otaq qapısının yanında yerdə döşəyin üstündə yerdə uzanmışdı. Mən Rəşada yaxınlaşıb yatdığına əmin olub əllərim ilə baltanı yuxarıya qaldıraraq baltanın arxa hissəsi ilə başına vurdum. Lakin vurduğum zərbə Rəşadı öldürmək üçün kifayət olmadı. Bu zaman Rəşad yuxudan ayıldı və başını qaldırdı. Bu zaman mən yenidən ona zərbə vurdum. O başını balıncın üstünə qoydu. Bu zaman Cəmalə mənə tərəf doğru gəldi və mənə mane olmaq istəyirdi. Mən də Cəmalənin aralanması üçün baltanı bir-iki dəfə onun tərəfə yellədim. Lakin balta ilə Cəmaləyə xəsarət yetirib-yetirmədiyimi xatırlamıram. Bu zaman Rəşad fürsətdən istifadə edib ayağa qalxdı və əli ilə başından tutaraq qapıya doğru getdi. Baltanı əlimdən aldılar. Bundan sonra öz otağına keçib yerimdə oturaraq düşünməyə başladım. Baş verənlərdən artıq qurtulmaq üçün özümə qəsd etmək istədim. Belə ki, mətbəx otağına keçərək bıçağı götürüb boğaz nahiyəmdən özümü kəsmək istədim. Bir iki dəfə öz boğazım kəsilsə də, xəsarətlərim ağır olmadı. Bu zaman qonşuluqda yaşayan Vahid gəldi və əlimdən bıçağı aldı. Mən də keçib yerimdə uzandım. Bir müddət sonra təcili tibbi yardım və polis əməkdaşları gəldi və məni saxladılar”.

Zərərçəkmiş qismində tanınan oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayeva ifadə verərək M.İsmayılovla barışdıqlarını, şikayət və tələblərinin olmadığını deyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. İsmayılov 14 il müddətə azadlıqdan məhrum edilib.



Paylaş:


Müəllif : Tarix:
30-08-2021, 15:58
Sikayət   


loading...
Загрузка...