Baş redaktora 6,5 il HƏBS TƏLƏBİ
Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Realliq.info saytının baş redaktoru İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
regionxeberlericom.az-un APA-a istinadən məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, cinayət işi üzrə zərərçəkən şəxslərdən Bəxtiyar Həsənov dindirilməyib: "Həmin şəxs məhkəməyə teleqram vuraraq ürək əməliyyatı keçiridiyi üçün prosesdə iştirak edə bilməyəcəyini deyib. Zərərçəkən şəxs istintaqa ifadəsini təsdiq edib və İkram Rəhimovla bağlı heç bir şikayət və tələbinin olmadığını deyib".
Təqsirləndirilən şəxs və vəkil Elçin Sadıqovun zərərçəkən Bəxtiyar Həsənovun məhkəməyə gətirilməsini tələb edib. Lakin hakim müdafiə tərəfinin vəsatəti təmin etməyib.
Prosesdə məhkəmə istintaqının başa çatması ilə bağlı qərar qəbul edib. Prokuror çıxış edərək İkram Rəhimovun 6 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkil Elçin Sadıqov müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib. Proses iyunun 12-də davam etdiriləcək.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə Realliq.info və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-da araşdırılıb.
Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb. O, ötən il oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-cimaddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işində 6 zərərçəkmiş var.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-06-2019, 12:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-06-2019, 12:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 14:05
Dünən, 12:33
Dünən, 12:29
Dünən, 09:44
Dünən, 08:42
25-08-2025, 14:43
25-08-2025, 11:59
25-08-2025, 11:52
25-08-2025, 11:47
24-08-2025, 08:26

"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”