49 yaşlı şəhidin oğlu: “Atam qollarında yaralı əsgəri ilə birlikdə şəhadətə yüksəlib” - MÜSAHİBƏ

İkinci Qarabağ müharibəsinin şəhidləri arasında tibb işçilərimiz də var. Onlardan biri də tibb xidməti leytenantı 49 yaşlı Şəmilov Azər Elyas oğludur.
Tibb xidməti baş leytenantı Azər Şəmilov 21 sentyabr tarixində təlimlərə cəlb edilib və elə müharibə başlayan ilk günlərdən ön cəbhədə xidmət edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə iştirak edən şəhidin oğlu Fədayət Şəmilov Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı atasının bir neçə dəfə ağır yaralansa da, xidmətini davam etdirdiyini deyib.
Onun sözlərinə görə, atası Azər Şəmilov barəsində onun döyüş yoldaşları ilə danışıb:
“Atam müharibə zamanı Tərtər (Suqovuşan, Talış), Goranboy (Tapqaraqoyunlu) istiqamətlərində döyüşüb. Həkim yoldaşının sözlərinə görə, atam yüzlərlə əsgəri döyüş meydanından çıxarıb və ilkin tibbi yardımı edib. Əsgərlər belə onun qorxmaz olduğunu deyirdilər. Heç kimin getmədiyi yerlərə atam özü sürünə-sürünə gedib və yaralılara ilkin yardım göstərib”.
“Atam qucağında yardım etdiyi əsgər ilə şəhid olub”
Şəhidin oğlu deyir ki, atasının şəhid olduğu yerlə düşmən postunun arasında 300 metr məsafə olub:
“Şəhid olmamışdan əvvəl bir neçə dəfə yanlarına “Qrad” mərmisi düşüb və yaralanıb. Amma xidmətini dayandırmayıb. Bu barədə mən sonra bilmişəm, yaralandığını evə deməmişdi. Döyüş yoldaşı deyir ki, atam oktyabrın 14-də saat 11-12 radələrində şəhid olub.
Həmin gün onları atəşə tutublar. Atamla döyüş yoldaşı xəsarət alıblar. Daha sonra özlərini toparlayıb, səngərə giriblər. Danışırdılar ki, təcili tibbi yardım avtomobili qarşılarında olub. Amma birdən görüblər ki, irəlidə bir əsgər yaralanıb. Atam döyüş yoldaşını qoymayıb, özü irəli atılaraq, təhlükəli əraziyə girib. Döyüş yoldaşı atama deyib ki, gözlə atəş kəsilsin, təhlükəlidir. Atam isə cavabında “indi getməsəm, cavan oğlandı, qanaxmadan həyatını itirəcək” deyib. Sürünə-sürünə səngərdən yaralıya doğru irəliləyib. Həmin zaman başqa döyüş yoldaşı da bir başqa yaralıya ilkin yardım göstərib.
Bir azdan atam o yaralını çıxarıb, təcili tibbi yardım maşınına gətirib. Orada tibbi yardıma davam edib. Elə həmin vaxt düşmən tərəfindən atılan “Qrad” mərmisi atamın düz yanına düşüb. Döyüş yoldaşı deyir ki, kömək üçün atamın yanına qaçıb, amma gec olub. Atam və qucağında yardım etdiyi İlkin adlı əsgər yerincədə şəhid olublar”.
“Ölümündən bir gün əvvəl evə zəng edib, “Qarabağı alıb, qayıdacağıq” dedi”
Şəhidimiz oğlu ilə sonuncu dəfə oktyabrın 13-də danışıb:
“Zəng elədi, hər zaman olduğu kimi ilk sözü “Narahat olmayın” oldu. Dedi ki, “hər şey yaxşı olacaq. İnşallah Qarabağı alıb, qayıdacağıq. Bu yolda öldü var, döndü yoxdu”.
Mən həmin gün çox narahat idim, sanki hiss edirdim nəsə olacağını. Gözümün qarşısına bəzi səhnələr gəlirdi. Oktyabrın 14-ü atamdan zəng gələr deyə, telefonun başında çox gözlədim. Amma atamdan zəng gəlmədi. Biz zəng edib maraqlandıq, dedilər, hər şey yaxşıdır, atanın başı qarışıqdı, gələndə deyərik.
Sonra bildim ki, elə həmin an şəhid olub atam, sadəcə bizə deməyiblər. Şəhid olma xəbərini ilk olaraq dayımdan aldıq. Atamın şəhid olmasından dörd saat sonra bizə xəbər verdilər.
Bütün bu məlumatları mənə atamın döyüş yoldaşı danışıb. Onun son sözünün, istəyinin nə olduğunu isə heç biri bilmədi. İlkin adlı əsgərlə birlikdə şəhadətə yüksəldi. Müharibə davam edən ərəfədə özü ilə danışırdıq, bizə heç nə danışmırdı. Fəxr edirəm ki, belə qəhrəman, qorxmaz, Vətənə sevgisi olan, öz peşəsini layiqincə yerinə yetirən kişinin oğluyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Biz onları heç vaxt unutmayacağıq”.
Şəhid Azər Şəmilov 16 il ANAMA-nın Tərtərdə yerləşən bölməsində baş həkim vəzifəsində çalışıb. O, doğulduğu Tərtər rayonu Qapanlı kəndində torpağa tapşırılıb.
Şəhidin Vətənə əmanət iki övladı qalıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Şəmilov Azər Elyas oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-01-2021, 10:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-01-2021, 10:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var