Vüsal Orucov İstanbulda 18 yaşlı arvadının boğazını kəsib öldürdü

İstanbulda Azərbaycan vətəndaşı Vüsal Orucov Türkiyə vətəndaşı olan və dini nigahla evləndiyi 18 yaşlı arvadı Sevilay Kayanı xüsusi amansızlıqla qətlə yetirib. Qatil daha sonra gənc qızın qanı ilə divara “xəyanətin cəzası ölümdür” sözlərini yazıb.
Hadisə ötən gün sentyabrın 5-də İstanbulun Qaziosmanpaşa rayonunda baş verib. Sevilay Kayanın yaşadığı evə gələn təcili yardım briqadası onun keçindiyini təsbit edib. Anası da qızının qətlə yetirildiyini eşidərək evə gəlib və fəryad edib, “qızımı mənə verin” deyərək huşunu itirib. Yaxınları onu xəstəxanaya aparıb.
Qatil hadisə yerindən qaçsa da daha sonra polisə təslim olub. Onun dindirilməsi davam edir, ilkin versiyaya görə Orucov yeni evləndiyi arvadını qısqanclıq səbəbindən öldürüb. Cinayətin baş verdiyi küçədəki atelyedə çalışan Mesut Demirel deyib ki, V.Orucov qızın boğazını kəsib. “Sonra polisə zəng vurub. Polis gəldi, prokuror gəldi. Hadisə belə oldu. Bildiyimizə görə hələ rəsmən evlənməmişdilər, dost həyatı yaşayırdılar. Evdən səs, qışqırıq-filan eşitmədik. Kəsib, qaçıb...”,-o deyib.
Məhəllədə yaşayan Salih Baykal adlı sakin isə deyib ki, hadisə haqda məlumatı azdır. Amma qətlə yetirilən qız həmin küçədə şirniyyat dükanında işləyirmiş. “Ara-sıra görürdük, yazıq, gənc qız idi. Ərini tanımıram, onsuz da yeni evlənmişdilər. Buraya da yeni köçmüşdülər. Təxminən iki ay əvvəl olar”,-o deyib.
Qətlə yetirilən qızın işlədiyi şirniyyat dükanında çalışan Mehmet Örek isə deyib ki, o da hadisənin səbəbini bilmir: “Burada çalışdı, 2 həftə sonra dedi ərim icazə vermir, işdən çıxdı. Ondan sonra bir-iki dəfə gördüm. Deyəsən əri azərbaycanlı idi. Çox gördüyümüz insan deyildi. Evləndikdən sonra çölə də çıxmırdı. Sonra yuxarı mərtəbədəki ayaqqabıçıların yanında işləməyə başlayıb. Ayaqqabıçılardan birinin dediyinə görə, kimsə yuxarı (Sevilayın yaşadığı evə tərəf) çıxıb, orada çalışanlar şübhələniblər. Sonra orada çalışanlardan birini göndəriblər. Qapı bağlı imiş. Zəngi basıblar, heç kim açmayıb. Bunlar da şübhələniblər. Sonra kimsə qapını qırıb içəri girəndə qızı yerdə qan içində görüblər. Əri qapını içəridən bağlayıb, boğazını kəsib, sonra pəncərədən qaçıb. Biz hadisə haqda eşidəndə polis artıq gəlmişdi...” / Virtualaz.org
Paylaş:
Müəllif : Fuad
Tarix:6-09-2020, 14:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-09-2020, 14:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var