Niderlandda Azərbaycana qarşı olan təxribatın qarşısı alınıb - FOTO
Niderlandın Utrext şəhərində yerləşən Yaarbeurs beynəlxalq sərgi kompleksində ənənəvi turizm sərgisi təşkil edilib və sərgidə Ermənistanı 3, Gürcüstanı 8 turizm şirkəti təmsil edib.
Milli.Az Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata əsasən bildirir ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev sərgi ilə tanışlıq zamanı nümayiş olunan materiallarda Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat hallarının olduğunu müşahidə edib.
Ermənistanı təmsil edən turizm şirkətlərinin təqdim etdikləri bukletlərdə, eyni zamanda Gürcüstan GroosCom Travel və Niderland Krallığının Kaukasus Reisen Plus turizm şirkətlərinin təbliğat materiallarında Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı yanlış informasiyalar yer alıb.
Sərgidə Gürcüstan və Niderland Krallığının turizm şirkətləri işğal altında olan Azərbaycan torpaqlarının başqa rənglə göstərildiyi, həmin ərazilərin "Nagorno Krabakh Republic" və "Artsakh" kimi qeyd olunduğu xəritələrdən istifadə ediblər.
Təxribat əməli mübahisəyə səbəb olub və Emil Əliyev tələb edib ki, xəritələr və bukletlər dərhal sərgidən yığışdırılsın. Onun bu təklifi ciddi etirazla qarşılanıb, hətta mübahisə zamanı şirkət nümayəndələri soydaşımıza fiziki təzyiq göstərib, onu stenddən uzaqlaşdırmağa cəhd ediblər.
Gürcüstan turizm şirkətlərinin təmsilçiləri guya sərgi üçün başqa xəritə əldə edə bilmədiklərindən bu xəritədən istifadə etdiklərini və yalnız sərgi salonunun rəhbərliyi təlimat versə, hər hansı qadağa mexanizmi olsa, xəritəni yığışdıracaqlarını bildiriblər.
Emil Əliyev dəfələrlə təşkilatçılarla görüşüb və onun ciddi səyi, təkidi təxribat xarakterli materialların sərgidən yığışdırılması ilə nəticələnib.
O, təşkilatçılara bildirib ki, Azərbaycan nümayəndələri yanvarın 19-na qədər sərgiyə gündəlik nəzarət edəcəklər və təxribat elementləri daşıyan xəritə və bukletlərin yenidən istifadə olunmamasını israrla tələb edirlər.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-01-2020, 15:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:17-01-2020, 15:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var