reklam
Regionxeberlericom.az » Hadisə » Tənha qalan “yolka”lar, toxqarına parka gedən kasıblar və çal-çağırlı varlılar - BAKININ BAYRAM "ZARAFATI"

reklam

Tənha qalan “yolka”lar, toxqarına parka gedən kasıblar və çal-çağırlı varlılar - BAKININ BAYRAM "ZARAFATI"


Yeni ilə cəmi 6 gün qalsa da, hələ Bakıda bayram ab-havası çox hiss olunmur.

Bəzi parklarda “yolka”lar qurulmasına baxmayaraq, nə Şaxta baba və Qar qızını görmək olur, nə də bayram gəzintisinə kütləvi çıxan şəhər sakinlərini. Cebhe.info-nun əməkdaşı şəhərdə bayram hazırlığı ilə tanış olmaq üçün Hüsey Cavid parkından başlayaraq dənizkənarı bulvar ərzisinə qədər bir çox yerdə müşahidə aparıb. Müşahidə gəzintisi zamanı Hüseyn Cavid parkında, Qış parkında, Fəvvarələr meydanında, dənizkənarı bulvar ərazisində bəzənmiş hündür “yolka”ların ətrafında hər zaman olduğu kimi gözümüz öyrəşmiş və Yeni ilin əvəzsiz atributları olan Şaxta baba və Qar qızı görə bilmədik. Ətrafdakı insanların dediyinə görə, Şaxta baba və Qar qız ya gəlmir, ya da günorta saatlarında gəlir.

Tənha qalan “yolka”

“Yolka” bəzəkləri də sanki sakinlərin və qonaqların ən çox hara üz tutduğundan xəbər verirdi. Deyəsən, elə Şaxta baba və Qar qızı da hara getməli olduqlarını bilirlər. Sakinlərin dediklərinə görə, Hüseyn Cavid parkında, Qış parkında Şaxta babanı görmək mümkün olmasa da, vətəndaşların ən çox getdiyi Fəvvarələr meydanı və dənizkənarı bulvar ərazisində onlar var. Hüseyn Cavid parkında və Qış parkında insanların yolunu gözləyən tənha “yolka” ağaclarından başqa bayramı ifadə edən heç nə görmədik. Dənizkənarı bulvarda isə hətta quşlar da yeni ilin gəldiyini hiss edə bilir. Çünki burada quşlar üçün ağaclardan asılan və yeni il atributlarıyla bəzədilmiş quş yuvalarını qoyulub. Sakinlər Bakının bayram hazırlığından razılıqlarını bildirsələr də, bəzi ərazilərdə xüsusən uşaqların sevinc mənbəyi olan, yanaşı duraraq şəkil çəkdirdikləri Şaxta baba və Qar qızın olmamasından narazı olduqlarını da dilə gətirdilər. Görünür, Bakı sakinləri bayramı onlarsız təsəvvür etmir.

“Siz axşam gəlin”

Söhbətləşdiyimiz şəxslər əvvəlki illərin bayram təntənəsini hələlik hiss etmədiklərini dedilər. Bayram şənliklərinə ən çox qatılanlar arasında tələbələrin də xüsusi yeri var. Bakı Dövlət Universtenində oxuyan Elnur adlı tələbə Fəvvarələr meydanında bayram təntənəsinin əsasən saat 2-dən sonra hiss olunduğunu bildirdi:

“Biz dünən də burdaydıq. Bayramın coşqusu günortadan sonra, xüsusən saat 14:00-dan sonra hiss olunur. İnsan izdihamı olur. Siz günortadan sonra burada Şaxta baba, Qar qızı, müxtəlif heyvanların geyimində uşaqları əyləndirənləri də görə bilərsiniz. Burada hətta “Transformerlər” filminin qəhrəmanlarının geyimlərini geyərək uşaqları əyləndirənlər də var”.

“Varlılar parka gəlmir”

Bulvara isə uşaqların əylənməsi üçün yeni attraksionlar gətirilib. Bu attraksionların iş vaxtı saat 14:00-dan başlanır. Qiymətlər o qədər də ucuz deyil - 2 manatdan üzüyuxarı. Bulvara gəzintiyə çıxanlar deyir ki, yeni il bəzəklərinin əsl gözəlliyi axşam saatlarında görünür. Hələlik isə bir çoxları bayramı hiss etmək üçün daha bir neçə gün gözləməyə üstünlük verir. “Yeni ildə evində yeyib-içən bura gələcək. Bulvar, park bir az kasıbların məkanıdır. Varlılar bayramı ya xaricdə keçirir, ya da bahalı restoranlarda. Onların parkda nə işi var”, - deyə tələbələr zarafat edir.

Zarafatmı?..


Paylaş:


Müəllif : Tarix:
25-12-2019, 15:27
Sikayət   


loading...
Загрузка...