reklam
Regionxeberlericom.az » Hadisə » Rusiya generalının maşını partladıldı - Sui-qəsd

reklam

Rusiya generalının maşını partladıldı - Sui-qəsd
















Bu gün Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik avtomobil partladılması nəticəsində həlak olub.

Bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

“Mövcud məlumatlara görə, partlayış qəlpələrlə doldurulmuş əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində baş verib”, - İstintaq Komitəsinin teleqram kanalında dərc edilən məlumatda deyilir.

Faktla bağlı adam öldürmə və partlayıcı maddələrin qanunsuz dövriyyəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi, 222.1-ci maddəsi) maddələri ilə cinayət işi açılıb.





Paylaş:


Müəllif : Tarix:
25-04-2025, 14:24
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər