Hərbi xidmətdən yayınan daha bir gənc həbs edildi

Azərbaycanda hərbi xidmətdən yayınan daha bir gənc cinayət məsuliyyətinə cəlb edilib.
Hadisə Ağsu rayonunda baş verib.
Ağsu Rayon Məhkəməsinin 15 noyabr tarixli hökmü ilə rayon sakini 2006-cı il təvəllüdlü Həsən Əhmədova (ad-soyad şərti) 4 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, 2024-cü ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsi H.Əhmədova hərbi xidmətə getmək üçün çağırış vərəqi göndərib. O, tibbi müayinədən keçirilərkən sinəsində “ATA” ifadəsi yazılmış döymə aşkarlanıb. Bununla bağlı olaraq o, Mingəçevirdəki rayonlararası psixonevroloji dispanserə göndərilib. Buradakı müayinələr zamanı 18 yaşlı gəncin hərbi xidmətə yararlı olması və psixoloji probleminin olmadığı müəyyən edilib.
Daha sonra Həsən Əhmədov təyinatı üzrə hərbi hissəyə göndərilib. Lakin orada onurğa nahiyəsində skolioz şübhəsi ilə bağlı geri qaytarılıb. SHXÇDX-nin Ağsu Rayon Şöbəsinin əməkdaşları bu dəfə onu Bakıdakı xəstəxanaya apararaq müayinə etdirib. Burada da çağırışçının həqiqi hərbi xidmətə yararlı olmasına rəy verilib. Bundan sonra ona komissarlığın əməkdaşları tərəfindən həqiqi hərbi xidmətə çağırış vərəqəsi verilib və aprelin 30-u hərbi hissədə olması bildirilib.
Aprelin 29-da xidmət əməkdaşları telefon vasitəsilə H. Əhmədovla əlaqə saxladıqda o, qollarını ülgüclə doğradığını, qan içində olduğunu və hərbi xidmətə getmək istəmədiyini bildirib.
Bununla bağlı olaraq gənc yenidən müayinə etdirilib və qolunda kəsiklər aşkarlanıb.
Xidmət tərəfindən prokurorluğa müraciət edilib və faktla bağlı cinayət işi başlanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-11-2024, 10:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var