Deputat və yaxınları milyonlarla borcunu ödəmir - Faktlar

Millət vəkili İqbal Məmmədova məxsus olan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi (VÖEN- 1600019501) uzun illərdir dövlət büdcəsinə olan böyük həcmdə vergi borcunu ödəmir.
Açıqlanan sonuncu rəsmi məlumatlarda qeyd edilir ki, hazırda (11.07.2023) millət vəkilinə məxsus şirkətin dövlət büdcəsinə 9 milyon 390 min 752 manat 64 qəpik vergi borcu var.
Qeyd edək ki, ötən ilin yanvar ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçisi Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə İqbal Məmmədov olub.
Onu da bildirək ki, İqbal Məmmədova bağlılığı olan digər şirkətlərin də dövlət büdcəsinə vergi borcları var.
Lerik rayonu ərazisində fəaliyyət göstərən “Relax” istirahət mərkəzini idarə edən “Relax Lerik” MMC –nin (VÖEN – 6300539991) dövlət büdcəsinə 26 min 464 manat 19 qəpik vergi borcu var. “Relax Lerik” MMC-yə daha əvvəl İqbal Məmmədovun qardaşı Çingiz Məmmədov rəhbərlik edib. 2019-cu ildə “Relax” istirahət mərkəzində Vergi İdarəsinin əməkdaşlarına qarşı fiziki güc tətbiq etdikləri üçün İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı və qardaşı oğlu Orxan Nərimanlı həbs olunublar.
Bundan başqa Lerik rayonunun Piran kəndində fəaliyyət göstərən “Lerik Broyler” MMC-nin (VÖEN – 6300158201) dövlət büdcəsinə 84 min 553 manat 20 qəpik vergi borcu var. 2010-cu ildə dövlət qeydiyyatına alınan “Lerik Broyler” MMC-yə hazırda millət vəkilinin qardaşı oğlu Orxan Nərimanlı rəhbərlik edir.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-07-2023, 14:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var