reklam
Regionxeberlericom.az » Gündəm » Hakim İnam Kərimovla nazir İnam Kərimovun arasındakı FƏRQ... - Görünəni odur ki...

reklam

Hakim İnam Kərimovla nazir İnam Kərimovun arasındakı FƏRQ... - Görünəni odur ki...
















“Yenə köhnə səhvlər davam etdirilir. Siz əgər tərəfsiz, həqiqi məlumatları almaq istəyirsinizsə, hökumətə yaxın media nümayəndələrini toplayıb hansı məlumatı alacaqsınız?”

RegionXəbərləricom.az Gununsesi.info-ya istinadən xəbərinə görə, bunu sabiq deputat, tanınmış ictimai xadim Nazim Bəydəmirli Ali Məhkəmə sədrinin bir qrup media təmsilçisi ilə görüşünü şərh edərkən deyib.

Qeyd edək ki, Ali Məhkəmənin yeni rəhbəri media-məhkəmə mövzusunu müzakirə etmək üçün bir qrup media rəhbəri ilə görüş keçirib.

Ancaq məhkəmə-hüquq sisteminin problemlərini qabardan, insan haqları mövzularından yazan media orqanlarının təmsilçiləri həmin görüşə dəvət almayıb.

Nazim Bəydəmirli də hesab edir ki, Ali Məhkəmə sədri görüş üçün doğru seçim etməyib: “Siz hakimiyyət qolunun birisiniz, hökumətdən, yəni icra hakimiyyətindən mənzil, orden, medal, qrant alan jurnalistlərdən nə gözləyə bilərsiniz ki? Əgər özünüzü tərif etdirmək üçün PR aparmaq niyyətindəsinizsə, o zaman məqsədinizə nail olacaqsınız, buna da mənim şəxsən şübhəm yoxdur. Belədirsə, özünüzü müstəqil hakimiyyət qolu kimi cəmiyyətə təqdim edə bilməzsiniz, siz yenə əvvəlki rəhbərlik kimi icra hakimiyyətinin sifarişlərini yerinə yetirməklə məşğul olacaqsınız, cəmiyyətin də məhkəmə sisteminə nə inamı (həm hərfi mənada, həm də mahiyyəti üzrə) nə də etibarı olacaq”.





Paylaş:


Müəllif : Tarix:
26-05-2023, 09:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər