reklam
Regionxeberlericom.az » Gündəm » Lotoreya oyunları hiyləsi ilə insanları tora salırlar - Diqqətli olun!

reklam

Lotoreya oyunları hiyləsi ilə insanları tora salırlar - Diqqətli olun!


“Facebook”, “WhatsApp” və “İnstagram” kimi sosial media platformalarında maliyyə fırıldaqları baş verir. İngiltərə banklarının araşdırmasında fırıldaqçıların 80 faizinin "Meta"ya məxsus olduğu bildirilib.

Ekspertlər, təsadüfən gələn mesajlarda ehtiyatlı olmaq barədə istifadəçilərə xəbərdarlıq edib. Hər hansı pulköçürmə işi varsa, həmin şəxslə birbaşa əlaqə saxlamaq tövsiyə olunub. İnvestisiya etmək istəyən yeni şəxslərə müraciət olunub ki, tanınmış platformalara sadiq qalmalı və sosial mediada diqqət çəkən “Tez varlan” kimi mesajlardan çəkinmək lazımdır. Bu barədə banklar, sosial media platformalarını təcili olaraq təmizləmə aparmağa çağırıb.

Qeyd edək ki, son illər Azərbaycanda vətəndaşlar maliyyə fırıldaqçılığı ilə üzləşirlər. Maliyyə piramidası iştirakçılarını daim yeni maliyyə mənbələrinə cəlb edərək mənfəət əldə etmək üçün bir yoldur. Layihənin ilkin mərhələsində ona üzv olanlar maliyyə piramidasından vəd edilmiş qazancı əldə edə bilirlər. Sonradan isə həvəslənib daha çox vəsait yüklədikləri zaman dələduzların toruna düşürlər.

Belə ki, sosial şəbəkələrdə tez-tez onlayn lotoreya elanları çıxır. Guya, Azərbaycanda kimsə onlayn lotoreyada 100 min manat olub. Bəzən bu oyunlarda məşhur simaların iştirak edilməsi və yüksək məbləğdə pul udması iddia olunur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu cür dələduzluq hallarının bir vaxtlar inkişaf etmiş ölkələrdə də geniş yayıldığını deyib. Onun sözlərinə görə, əvvəllər bu hallar real dünyada olurdu. Azərbaycanda da internetdən kənar, real dünyada belə hallar olub və hüquq-mühafizə orqanları tərəfindən bu kimi halların qarşısı alınıb:

“Maliyyə piramidaları insanlar üzərindən daha çox pul qazanmaq üçün bir şəbəkə sxemi əsasında fəaliyyət göstərir. Yəni siz oraya özünüzlə bərabər, başqalarını da cəlb edəndə daha çox qazanc əldə edirsiniz. Yaxud da yeni gələn adamların pulları yığılır və köhnə istifadəçilərə təqdim olunur.

Bəzi adamlar bu ödəmələrə aldanıb daha çox yatırım etməyə başlayırlar. Amma bu piramidalar bir yerdə ya öz-özünə dağılır, ya da dövlət işə müdaxilə edir. Piramida dağılanda bütün qolları da çökür və maliyyə itkisi ilə nəticələnir”.

Bazarda bu cür platformaların kifayət qədər olduğunu vurğulayan ekspert deyib ki, onlar adətən xaricdə qeydiyyatdan keçir, müəyyən ofşor bank hesablarında hesab açdırıb özlərini xarici şirkət kimi təqdim edirlər:

“Mütəmadi olaraq ya ad, ya qeydiyyatını dəyişdirir, müxtəlif adlarla bazara çıxıb investisiya etmək məqsədilə pul alırlar. Bu tipli şəbəkələr özlərini ilkin olaraq investisiya platforması kimi təqdim edir.

Bəzi hallarda isə lotoreya oyunları hiyləsi ilə insanları tora salırlar. Mesaj göndərirlər ki, adınız bir neçə seçilmiş şəxs arasında qalib olub və bir neçə yüz min dollar mükafat qazanmısınız. Bu pulun alınması müqabilində isə sənədləşmə işlərinə sizin bank hesabınıza transfer etmək üçün müəyyən miqdarda vəsaitin köçürülməsini tələb edirlər. Reklam izləmə saxtakarlığında isə insanların reklam izləyərək pul qazanmaqlarını vəd verərək onların saytlara investisiya qoymasını təşviq edir, reklam paketləri aldırır, referallar toplatdırıb gəlirlərini daha da artırır, ilkin olaraq ödənişlər edir, bir müddət keçdikdən sonra isə yoxa çıxırlar”. //sherg.az//





Paylaş:


Müəllif : Tarix:
6-05-2023, 17:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər