reklam
Regionxeberlericom.az » Gündəm » Cəlilabadın icra başçısı Rafiq Cəlilov dövlətə meydan oxuyur? - İLGİNC İDDİALAR...

reklam

Cəlilabadın icra başçısı Rafiq Cəlilov dövlətə meydan oxuyur? - İLGİNC İDDİALAR...








Son zamanlar Cəlilabad rayonundan redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. Bu şikayətlərin əksər hissəsində məmur özbaşınalığından söhbət açılır. Əhalinin sosial müdafiəsinin lazimi səviyyədə təşkil edilməməsi, səhiyyə sahəsində olan çatışmamazlıqlar isə insanları daha çox narahat edən məsələlərdəndir. Dövlətin balansında olan örüş sahələrinin satılması isə adi hala çevrilib. Bu barədə sevimli oxucularımıza mütəmadi məlumatlar vermişik. Rayonun Qarağac kənd sakinləri tərəfindən redaksiyamıza daxil olan müraciətdə məhz bu faktlar öz əksini tapmışdır.Belə ki,Hamarqışlaq kənd ərazi dairəsinin icra nümayəndəsi Mədət Nəzərov Qarağac kəndinə aid olan örüş sahəsini sözügedən kəndin sakinlərindən birinə qanunsuz olaraq satmış, həmin şəxs də ərazini setka və metal konstruktorlarla hasarlayaraq dövlətin əmlakını faktiki olaraq zəbt etmişdir. Sakinlərin şikayətindən, problem mətbuatda işıqlandırıldıqdan sonra, sözügedən əraziyə İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş və öz rəylərini aşağıda olduğu kimi qeyd etmişlər:

“Müraciətdə qeyd olunan məsələ ilə əlaqədar Xidmətin Cəlilabad ərazi şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman kənd təsərrüfatı təyinatlı örüş sahəsinin 0,36 hekar hissəsinin Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpərlənməsi faktı müəyyən edilmişdir. Bununla bağlı Hamarqışlaq kənd inzibati dairə üzrə nümayəndəsi tərəfindən sözügedən çəpərin qısa müddət ərzində sökülərək ərazinin zəbtdən azad ediləcəyi bildirilmişdir. Həmçinin, tərəfimizdən qeyd edilən hal barədə səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Cəlilabad rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır.”

Bütün bunlara baxmayaraq, sözügüdən mübahisəli məsələlərlə bağlı cavabdeh olan bir dövlət qurumunun (nazirliyin) məktubu sözün əsl mənasında “havada qalmış”, rayon icra hakimiyyəti tərəfindən heç bir addım atılmamışdır. Hansı ki, İqtisadiyyat Nazirliyi tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətinə ünvanlanmış məktub əsasında, rayon İcra hakimiyyəti sözügedən ərazidə monitorinq keçirməli və ərazini zəbtdən azad etməli idi.Sual olunur: Niyə zəbt olunmuş torpaq ərazisi "işğal"dan azad edilmir? Rayon İcra hakimiyyəti və onun başçısı Rafiq Cəlilov öz vəzifəsini niyə icra etmir? Çəpərin sökülməsinə görə kənd sakinləri neçənci dəfə dövlət başçımız hörmətli İlham Əliyev cənablarına müraciət etməlidirlər? Əgər, İqtisadiyyat Nazirliyinin də bildirdiyi kimi, zəbt edilmiş örüş ərazisinin qeyri-qanuni hasarlanması həyata keçirilmişsə və bu məsələ ilə bağlı rayon İcra hakimiyyətinin başçısı məlumatlandırılmışsa, niyə tədbir görülmür?

Və yaxud, sözügedən ərazini icra nümayəndəsi M.Nəzərov qanunsuz olaraq satmışsa, onda İcra Hakimiyyətinin başçısı, cənab R.Cəlilov onun barəsində niyə tədbir görmür? Deməli, görünən odur ki, bütün bu gedən proseslərdən, örüş sahələrinin qanunsuz olaraq satılmasından Rafiq Cəlilovun xəbəri var və torpaq alverinin arxasında da özü dayanır. Əgər belə olmasaydı, cənab başçı açıq-açığına dövlətə meydan oxumazdı.

Görünür, Rafiq Cəlilov hələ də köhnə sterotiplərdən ayrıla bilmir. Vaxtilə,“qudalar zənciri”nin “alt pillə”sində yer alan Rafiq Cəlilov indi özünü daha yuxarıda - İltimas Məmmədovdan, Fazil Ələkbərovdan, Vasif Talıbovdan da yuxarıda hiss edir.

Bunu, onun özünə keçirtdiyi 60 illik yubileyində oğlunun dili ilə desək, “mən atamdan böyük cənab tanımıram” deməsi də bir daha sübut edir. Yaxın günlərdə Rafiq Cəlilovun 60 illik yubileyi ilə bağlı çəkdirdiyi VİDEOnu hissə-hissə bölüb şərhini verəcəyik və Rafiq Cəlilovun bu VİDEOnu YouTube səhifəsindən çıxartdırmaq üçün hansı çabalar göstərdiyini şərh edəcəyik. Bu barədə daha ətraflı növbəti yazılarımızda....




Paylaş:


Müəllif : Tarix:
2-05-2023, 10:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər