reklam
Regionxeberlericom.az » Gündəm » Dələduzların qurbanı olan Bakı sakinləri Kamran Əliyev və Vilayət Eyvazovdan kömək istəyir-ŞİKAYƏT

reklam

Dələduzların qurbanı olan Bakı sakinləri Kamran Əliyev və Vilayət Eyvazovdan kömək istəyir-ŞİKAYƏT








RegionXəbərləricom.az-ın email poçtuna bir qrup Bakı sakini tərəfindən şikayət məktubu daxil olub. 

Dələduzların qurbanı olmuş şikayətçilər mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru və Daxili İşlər Nazirinə müraciət ünvanlayırlar.

“Yazıb Sizə bildiririk ki, Bakı şəhər sakinləri Əliyeva Günel və onun həyat yoldaşı Əliyev Seymur etibarımızdan sui-istifadə edərək,, aldatma yolu ilə küllü miqdarda pulumuzu ələ keçirmişlər. Seymur əvvəllər keçmiş polis işçisi olaraq Binəqədi rayon 43-cü polis bölməsində çalışmışdır. Orada işlədiyi müddətdə çirkin əməllərinə görə Vilayət Eyvazovun əmri ilə işdən azad olunmuşdur.İşdən azad olunandan sonra o, arvadı Günellə birləşərək 20 nəfərdən çox şəxsləri aldadaraq onlara külli miqdarda maddi ziyan vurmuşlar. Onlar bu dələduzluğu ustalıqla hayata keçirərək bunu mülkü işə yönəltmək, cinayət əməlindən kanarda qalmaq istəyirlər. Hətta onlar müxtəlif vəzifəli şəxslərin himayasi altında hələ də azadlıqda gazirlər. Hətta bizi hədələməkdən çəkinmirlər, Onlar Binəqədi Prokurorluğunda,  eləcə də Baş prokurorluqda adamları olduğunu və onlara heç kəs, heç nə etməyəcəyini bildirmişlar. Bununda nəticəsidir ki, bizim mütəmadi şikayətlərimizə Binəqədi rayon Polis idarəsində baximir. Müraciətlərimizin araşdırılmasına imkan verilmir. Şikayət ərizələrimizə dair rədd qərarı çıxarılır. Polis İdarəsində bizə deyirlər ki, rayon prokuroru cinayat işinin başlanmasına imkan verməyərək deyir ki cinayət işi başlamayın! Bu yaxında Badam Əliyeva intihara cəhd etdi.  

Yuxarıda göstərdiklərimizə əsasən Sizdən xahiş edirik ki bizə kömək edin. Belə ki, bu şəxslərin qanunsuz əməllərinin qarşısı alınmır.  Xahiş edirik ki, kömək edin".

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq...

İmza; Bakı şəhər sakinləri 

Məmmədova Leyla Əziz qız 

Əliyeva Badam Tahir qızı 

İsgandarova Elnara İslam qızı  

İsgəndərova Gülnara islam qızı  





Paylaş:


Müəllif : Tarix:
28-04-2023, 20:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər