reklam
Regionxeberlericom.az » Gündəm » Akif Çovdarovun əmlakları ilə bağlı prosesin vaxtı bilindi - “İnam Kərimovun ilk sınağı”

reklam

Akif Çovdarovun əmlakları ilə bağlı prosesin vaxtı bilindi - “İnam Kərimovun ilk sınağı”
















Xəbər verdiyimiz kimi, Baş Prokurorluq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun əmlaklarının xüsusi müsadirədən azad olunması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından protest verib.

Qeyd edək ki, protestlə bağlı proses İnam Kərimovun Ali Məhkəmə sədri təyin olunması dövrünə -aprelin 11-nə təsadüf etsə də sonradan proses qeyri-müəyyən müddətə təxirə salınmışdı.

RegionXəbərləricom.az bildirir ki, Gununsesi-info-nun əldə etdiyi məlumata görə, Baş Prokurorluğun protesti ilə bağlı Ali Məhkəmənin iclasının vaxtı bəlli olub.

Belə ki, proses aprel ayının 25-nə təyin edilib. Artıq bununla bağlı tərəflərə müvafiq bildirişlər göndərilib.

Xatırladaq ki, Çovdarovun mülkləri ilə bağlı Ali Məhkəmənin verəcəyi qərar mediada “İnam Kərimovun ilk sınağı” kimi təqdim edilib.

Prosesə hakim Rəşad Abdulov sədrlik edəcək.

Prokurorluğun protesti sabiq generalın müsadirədən azad edilmiş 30 milyon manatlıq dəyərində olan əmlakları ilə bağlıdır.




Paylaş:


Müəllif : Tarix:
17-04-2023, 09:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər