Talıbovlara bağlı ünvanda 14 milyonluq yeni şirtkət yaradılıb
Naxçıvan şəhərində nizamnamə kapitalı 14 milyon 871 min 58 manat 5 qəpik olan yeni şirkət dövlət qeydiyyatına alınıb.
“Alçı-Zavod-75” MMC (VÖEN – 201402321)-nin hüquqi ünvanı Naxçvan şəhəri N. Tusi, ev 5-də yerləşir.
MMC-nin qanuni təmsilçisi Novruzov Nurlan Kazım oğludur.
Məlumat üçün bildirək ki, N. Tusi, ev 5 ünvanında daha 2 şirkət qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manat olan “Reges Rent A Car” MMC-nin (VÖEN – 201402731) qanuni təmsilçisi Qulamov Əkbər Cümşüd oğlu, nizamnamə kapitalı 100 manat olan “Reges” MMC-nin (VÖEN – 201402601) qanuni təmsilçisi isə Kərimov Cəlal Əmir oğludur.
Qeyd edək ki, hazırda Naxçıvanda “Reges” adlı bir neçə şirkət fəaliyyət göstərir. Kərimov Kamal Əmir oğlunun rəhbərlik etdiyi “Reges Sement zavodu” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Bundan başqa 2012-ci ildə N. Tusi, ev 5 ünvanında “Reges Hotel” adlı şirkət də qeydiyyata alınıb.
Onu da bildirək ki, bu şirkətlərin qeydiyyatda olduğu ünvanda vaxtı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”ə bağlı şirkətlər qeydiyyatda olub.
“Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.
Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.
Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-04-2023, 14:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var