reklam
Regionxeberlericom.az » Gündəm » Çıxılmaz vəziyyətdə qalan Göyçay sakini prezidentdən kömək istəyir-MÜRACİƏT

reklam

Çıxılmaz vəziyyətdə qalan Göyçay sakini prezidentdən kömək istəyir-MÜRACİƏT
















Göyçay rayon Potu kənd sakini Səlimov Ağalar İlyas oğlu mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət ünvanlayır.

Müraciətdə deyilir;

"2006-cı ildə xəstəliyimlə əlaqədar 15 il işlədiyim polis sıralarından xaric olunmuşam. Həmin vaxtdan «Hərbi xidmət dövrü ilə əlaqədar» səbəbindən ikinci qrup əlil kimi pensiya almışam. 15 ilə yaxın aldığım pensiya iki ildir ki, kəsilib. Əlilliyimin bərpası üçün bu iki il ərzində gəzmədiyim dövlət idarəsi, döymədiyim məmur qapısı qalmayıb. İki dəfə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim komissiyası tərəfindən əyani müayinədə olmuşam Sonuncu əyani müayinədən sonra 31 dekabr 2022-ci il tarixində 70 faiz orqanizmin pozulması ilə nəhayət ki, əlilliyim bərpa olunub. Lakin artıq dördüncü aydır ki əlilliyim bərpa olunsada pensiyamı ala bilmirəm. Bununla bağlı əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 çağrı mərkəzinə zəng etdim. Təxminən bir saata yaxın araşdırmadan sonra məlum oldu ki, əlilliyim sistemdə «Hərbi xidmət dövrü ilə əlaqədar» səbəbi ilə verilib. Amma arayışda bu umumi xəstəlikdən verilmiş əlillik kimi göstərilib..

Təkrar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə şikayət etmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, əlilliyin müəyyən olunması üçün göndəriş göndərən tibb müəssəsi «Hərbi xidmət dövrü ilə əlaqədar»  səbəbindən olan şəhadətnaməni göndərişə əlavə etməyib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə etdiyim şikayətə cavab verirlər ki, artıq mənim sənədlərim nazirliyə göndərildiyinə görə agentlik tərəfindən heç bir köməklik edə bilməyəcəklər..

On beş il pensiya almışam. Artıq iki ildir bu pensiyamı kəsilib, ala bilmirəm. Mənə yemək lazımdır, mənə içmək lazımdır, mənə dərman lazımdır, mənə müalicə lazımdır. Mən pulsuz bunlar; necə edim və müalicəni necə alım? Mənə qarşı bunu edən vəzifəli şəxslərin azcada olsa vicdanları varmı? Özlərinin yarıtmaz fəaliyyətləri ilə məni özünü öldürmə həddinə gətiriblər. İki ildir yazmadığım, müraciət etmədiyim yer yoxdur. İndidə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən deyirlər ki, gözlə göndərişə cavab verilsin, imtina verilsə yenidən müraciət edin əyani müayinədə olun. Bu prosesdən keçmək üçün  6 aydan çox vaxt tələb olunur.

İki ildir yoxlayırlar. Belə çıxır ki, daha altı ayda mən yoxlanmalıyam. Başqa gəlir yerim yoxdur, əliləm, sağlam adam iş tapa bilmir. Dəfələrlə müraciət etmişəm ki, sağlamlıq arayışı verin gedim hardasa işə düzəlim. Heç olmasa çörək pulumu qazanım.Onuda vermirər. Deyirlər ki, xəstəsən sənə sağlamlıq arayışı verə bilmərik.

Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz və əlilliyimin bərpası üçün maneələr yaradan vəzifəli şəxslər barəsində ciddi tədbir görülməsinə tapşırıq verəsiniz.

 Sonda bütün mətbuat orqanlarından xahiş edirəm bu müraciətimin işıqlandırılmasında və cənab Prezidentə çatdırılmasında mənə köməklik etsinlər."

RegionXəbərləricom.az 

 





Paylaş:


Müəllif : Tarix:
11-04-2023, 09:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər