GÖZLƏNİLƏN OLDU: Şahin Bağırov İSTEFAYA ÇAĞRILDI - DGK-nin ləğvi gündəmdə...

"İllərdir dediyimiz kimi, Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasının heç bir mənası yoxdur. Dünyada çox nadir ölkələr var ki, Gömrük Komitəsi müstəqil qurumdur, onlardan biri də Rusiyadır. Ümumiyyətlə, bizim gömrük orqanlarının mahiyyəti, strukturu, hərbi rütbələri, fəlsəfəsi Rusiyadan köçürülüb. Bundan imtina etmək zamanıdır, özünü doğrultmadı, doğrultmağı da mümkün deyil. Çünki şimal qunşumuz öz dövlət orqanlarını tarixən biznesi əzmək üzərinə inşa edib". unu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
İqtisadçı ekspert hesab edir ki, gömrük orqanlarının ayrıca istintaq qurumunun olması da absurddur: "Ona görə də Gömrük Komitəsi ya İqtisadiyyat, ya da Maliyyə Nazirliyinin nəzdində kiçik bir departament kimi fəaliyyət göstərməli, əsas işi daxili istehsalçını qorumaq üçün konsepsiya hazırlamaqdan, statistik göstəriciləri toplayıb təhlil etməkdən ibarət olmalıdır. Müstəqillikdən üzü bəri iş adamlarının, biznesin ən zəhləsi getdiyi, onlara ən çox mane olan, rüşvət və korrupsiya yuvasına çevrilmiş, mahiyyəti ancaq iri məmur biznesini qorumaq olan Gömrük Komitəsidir. Komitəni nazirliklərdən birinə birləşdirmək azdır, həm də fəlsəfəsi dəyişməlidir. Bu orqanlarda çalışanlar anlamalıdırlar ki, onların fəaliyyətinin əsas istiqaməti ölkəyə kiminsə tuman-köynək gətirməsinə mane olmaq deyil, ölkədə tuman-köynək istehsalına dəstək verməkdir. Nə qədər ki, yerli istehsal yoxdur, gömrük orqanları gözəgörünməz, ürəkbulandırmaz olmalıdırlar. İstehsal sahələri yaranandan sonra daxili istehsalçını qorumaq üçün ağıllı tarif, rüsum siyasəti olmalıdır. Yerli istehsal isə o zaman yaranacaq ki, ölkədə normal biznes mühiti, investisiyaların qorunması mexanizmləri və nəhayət, ədalətli məhkəmə sistemi olacaq".
Paylaş:
Müəllif : Yazar
Tarix:24-03-2023, 14:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II