Putin Mariupola oxşarını göndərib? - Fotolar
Ötən həftə Rusiya prezidenti Vladimir Putin gərgin təhlükəsizlik tədbirləri altında ilk dəfə olaraq müharibə başlayandan bəri münaqişələrin ən şiddətli olduğu Mariupol bölgəsinə gedib.
Bölgədə çəkilmiş Rusiya prezidentinin foto və videoları yeni müzakirələrə səbəb olub.
Ukrayna daxili işlər nazirinin sabiq müavini Anton Geraşenko sosial media hesabında Putinin bəzi fotolarını yayaraq diqqətçəkən iddia irəli sürüb. Geraşenko iddia edib ki, Putin şəxsən Mariupola getməyib, öz oxşarını bölgəyə göndərib.
Geraşenko Putinin çənə və boyun bölgəsindəki fərqi də vurğulayıb:
“Putin, sənin çənənə nə olub? Son vaxtlar makiyaj mütəxəssisləri Putinin keyfiyyətsiz nüsxələri ilə işləmək məcburiyyətində qalıblar. Bu, tam olaraq oxşar deyil, amma bir nüsxədir”.

Geraşenkonun paylaşdığı fotolar arasında Putinin keçən il və son həftələrdə çəkilmiş fotolar var.
Digər tərəfdən, “Telegram”da Kremldən olan mənbələrin Putinin Krıma və Mariupola getdiyini inkar etdiyi iddiası irəli sürülüb.
Kreml bu iddialara münasibət bildirməyib.

Paylaş:
Müəllif : Fuad
Tarix:21-03-2023, 14:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II