reklam
Regionxeberlericom.az » Gündəm » Zəlzələ bölgəsindəki yeni binaları AKP-yə bağlı şirkət tikəcək – Faktlar

reklam

Zəlzələ bölgəsindəki yeni binaları AKP-yə bağlı şirkət tikəcək – Faktlar

















Məlum olduğu kimi, ötən ayın əvvəlində Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə minlərlə yaşayış binası dağılıb.
Artıq dağılan yaşayış binalarının əvəzinə yeni binaların inşasına başlanılıb.

Zəlzələnin baş verdiyi rayonlardan birində - Adanada yeni binaların inşası “Aydın İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi” ilə “Dizmanlar Gayrimenkul Yatırım Lojistik Sanayi ve Ticaret Anonim Şirketi İş Ortaklığı” adlı şirkətlər tərəfindən həyata keçiriləcək.

Adları keçən hər iki şirkət Türkiyənin aparıcı şirkətlərindən olan “Dizamanlar Group”a daxildir.

Tenderin qalibi olan “Dizamanlar Group” Adana rayonunda 590 ədəd mənzil inşa edəcək və bu iş üçün dövlət büdcəsindən 809 milyon 550 min lirə (72 milyon manat) alacaq. Rəqəmlərdən də göründüyü kimi mənzilin biri 122 min manta başa gələcək.

Tender müsabiqəsiylə bağlı diqqət çəkən məqamlardan biri odur ki, “Dizamanlar Group” şirkətinin adı zəlzələnin ilk günü sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunub.

Zəlzələ zamanı Adanda tikilməkdə olan binalardan birinin divarlarında çat yaranıb. Dəhşətli dağıntıların olmasına və yüzlərlə insanın ölümünə baxmayaraq bir qrup işçi həmin çatların üzərini suvaqla örtməyə çalışıb. Bu görüntülərin əks olunduğu video və fotolar sosial şəbəkələrdə sürətlə yayılaraq insanlar tərəfindən tənqid olunmuşdu.

İnsanların narazılıqlarını nəzərə alan Adana rayonunun rəsmiləri açıqlama verərək inşaatda həyata keçirlən işlərin dayandırıldığını bildiriblər.

Həmin binanı inşa edən və zəlzələ günü orada təmir işləri aparan şirkət yuxarıda haqqında bəhs etdiyimiz “Dizman Group”dur.

Onu da qeyd edək ki, “Dizman Group”un sahibi olan Nihat Dizmanın qızı Hazal Dizman hakim Ədalət və İnkişaf Partiyasında (AKP) yüksək vəzifə daşıyır.

Hazal Dizman AKP Qadın Təşkilatının İdarə Heyətinin üzvüdür.





Paylaş:


Müəllif : Tarix:
9-03-2023, 16:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər