reklam
Regionxeberlericom.az » Gündəm » “Qarabağ qazisi, inanclı fəal 50 günlük aclıqdan sonra vəfat edib”

reklam

“Qarabağ qazisi, inanclı fəal 50 günlük aclıqdan sonra vəfat edib”

















“Qarabağ qazisi, inanclı fəal Səbuhi Səlimov 50 günlük aclıqdan sonra vəfat edib”.

Bunu “Müdafiə xətti” hüquq təşkilatının icraçı direktoru Rüfət Səfərov feysbuk profilində yazıb.

Müsəlman Birliyi Hərəkatının sədr muavini ilahiyyatçı Elçin Qasımov isə bildirib ki, Səbuhi Səlimov dünyasını dəyişəndə artıq aclığı dayandırmışdı:

“Zindanda dünyasını dəyişib. Ailəsinin verdiyi məlumata görə aclıq aksiyasını dayandırmışdı. Bu gün (2 mart – red.) keçirilən məhkəmə prosesində hakimlərə və ona atılan ittihamlara görə bərk əsəbiləşmiş və ürək tutmasından dünyasını dəyişmişdir. Allah rəhmət etsin”, - deyə E. Qasımov bildirib.

Qeyd edək ki, Səbuhi Səlimov 2021-ci il oktyabrın 20-də DTX tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

22 noyabr 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan ittiham hökmünə əsasən 17 il müddətinə azadlıqdan məhrum edilib.




Paylaş:


Müəllif : Tarix:
3-03-2023, 10:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər