Vəliyevlərin qardaşının Rusiyadakı şirkəti 6 il sonra gəlir əldə etdi – Təfərrüat
Gəncə şəhər İcra Hakimiyyıtinin sabiq başçısı Elmar Vəliyev və Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyevin Rusiyanın Yesentuki şəhərində təsis etdiyi “Rusel” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.
Şirkətin açıqladığı maliyyə hesabatında bildirir ki, “Rusel” şirkəti 2022-ci ildə 4 milyon 76 min rubl (54 min dollar) gəlir əldə edib və bu gəlirin cəmi 120 min rublu (1,6 min dollar) xalis mənfəət olub.
Məlumat üçün bildirək ki, yaşayış və qeyri-yaşayış binalarının tikintisilə məşğul olan şirkət 2016-cı ildə təsis olunub. Təsis olunduqdan sonra “Rusel” şirkəti ilk dəfə mənfəət əldə etdiyini bəyan edib. Şirkət 2021-ci ildə 1,24 milyon, 2018-ci ildə isə 1,25 milyon rubl zərər etdiyini açıqlamışdı.
Qeyd edək ki, hazırda şirkətin yeganə təsisçisi Şahmar Vəliyevdir. “Rusel”in direktoru isə Olqa Kərimovadır. Şahmar Vəliyevin Rusiyada təsisçisi olduğu daha bir şirkət “Rusel Park” adlanır. Bu şirkəti 2021-ci ilin noyabr ayında Nataliya Orlyuk adlı şəxs təsis edib və ötən ilin mart ayından isə şirkətin təsisçisi Şahmar Vəliyev olub.
Onu da qeyd edək ki, Şahmar Vəliyev 2017-ci ildə keçirilən Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Kislovodsk şəhərində “Rusel” sanatoriyasının tikintisilə bağlı müqavilə imzalayıb. Rusiya mətbuatının yazdığına görə “Rusel” sanatoriyasının tikintisinə 2018-ci ildə başlanılıb və 2021-ci ildə başa çatdırılıb.
Qeyd edək ki, Azərbaycanda da “Rusel” adı ilə fəaliyyət göstərən və Şahmar Vəliyeva məxsus şirkətlər var. Şahmar Vəliyevin direktoru olduğu “Rusel” şirkəti (VÖEN- 1600133861) dövlət qurumlarının keçirdiyi müxtəlif tenderlərdə qalib olub. Xətai rayonundakı “Rusel Plaza”nın da Şahmar Vəliyevə məxsus olduğu bildirilir. Bunlardan başqa Şahmar Vəliyev “Rusel” şirkəti ilə eyni ünvanda yerləşən "Azneftemaş" ASC-nin də prezidentidir.

Paylaş:
Müəllif : Fuad
Tarix:17-02-2023, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var