“Gilan Holdinq”ə daxil olan şirkət formasını dəyişir

“Gilan Holdinq”ə daxil olan “Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı” ASC (VÖEN – 4400237031) təşkilati hüquqi formasını dəyişərək MMC-yə çevrilir.
Regionxeberlericom.az Yeniavaz.com-a istinadla xəbər verir ki, “Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı” ASC 25.12.2006-cı ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Qəbələ rayonunun Zarağan kəndində yerləşən ASC-nin qanuni təmsilçisi İsmayılov Anar Fərrux oğludur.
Məlumat üçün qeyd edək ki, “Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı” ASC fındıq istehsalı ilə məşğul olub və istehsal olunan məhsullar Rusiya, Ukrayna, Baltikyanı ölkələr və Avropaya ixrac edilib.
Onu da bildirək ki, vaxtı ilə “Gilan Holdinq”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvləri rəhbərlik ediblər. “Gilan Holdinq”ə bağlı şirkətlər ölkədə Kəmaləddin Heydərovun şirkətləri kimi tanınıb.
Bir neçə gün əvvəl "Azbookgroup” MMC (VÖEN -1702073941) və "Azhobco” MMC (VÖEN - 1701992931) fəaliyyətlərinə xitam verilərək "Libraff” MMC-yə (VÖEN -1702192791) qoşulduqlarını elan ediblər. Hazırda “Libraff” MMC-nin sahibi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur.
Onu da bildirək ki, son zamanlar Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan onlarla şirkət ləğv olunaraq digər şirkətlərə qoşulublar. Ləğv olunan şirkətlərin əksəriyyəti “Paşa Holdinq”ə bağlı olan şirkətlərə birləşib. Lakin göründüyü kimi, son günlər ləğv olunan 2 şirkət - "Azbookgroup” MMC və "Azhobco” MMC “Paşa Holdinq”ə deyil “Libraff” MMC-yə qoşulduğunu bəyan ediblər. Bu gün isə “Gilan Qəbələ Yeyinti Məhsulları İstehsalı” ASC təşkilati hüquqi formasını dəyişib.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-01-2023, 13:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB

Eks-sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”