Nusetin Messiyə qarşı bu davranışı tənqid olundu - Video

“Nusr-Et” brendinin yardıcısı, türkiyəli iş adamı Nusret Gökçenin Qətərdə keçirilən dünya çempionatında çempionluq qazanan Argentinanın kapitanı Lionel Messi ilə şəkil çəkdirdiyi anlar sosial mediada gündəm olub.
Özünəməxsus “duz səpmə” hərəkəti ilə sosial medianın fenomeninə çevrilən Nusret final matçının son fiti səslənəndən sonra meydançaya enərək argentinalı futbolçuların yanına gedib, Dünya Kuboku ilə pozalar verib.
Başda Anhel Di Maria, Paulo Dibala, Nikolas Otamendi və Leandro Daniel Paredes olmaqla, demək olar ki, bütün komanda ilə şəkil çəkdirən Nusret nəhayət, turnirin qəhrəmanı Lionel Messiyə yaxınlaşıb.
Kubok mərasiminin diqqət mərkəzində olan və izdiham arasında təbrikləri qəbul edən argentinalı futbolçu ilə şəkil çəkdirmək istəyən Nusret ulduz futbolçunu rahat buraxmayıb. Onun israrlı bir şəkildə foto çəkdirmək istəməsi Messini narahat edib.
Argentinalı futbolçu bədən dili ilə onun qolundan çəkməsindən narahat olduğunu göstərib.
Buna baxmayaraq, Nusret israrını davam etdirib və bir neçə dəqiqədən sonra məqsədinə nail olub.
Onun daha sonra şəxsi instaqram hesabında paylaşdığı fotolar bir milyondan çox bəyənmə toplayıb.
Türkiyə mediası da öz növsəsində, Nusreti bu davranışına görə tənqid edib. Sosial şəbəkə istifadəçiləri isə onun orada nə gəzdiyini sual ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-12-2022, 00:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II