Tayson: “O, Messiyə toxunsa, rinqə qayıtmalı olacağam”

Əfsanəvi boksçu Mayk Tayson peşəkar meksikalı boksçu, super orta çəkidə dünya çempionu Saul Alvaresin Argentina millisinin üzvü Lionel Messi barədə söylədiklərinə münasibət bildirib.
Qol.az xəbər verir ki, bu barədə Tayson öz sosial şəbəkə hesablarında məlumat yayıb.
DÇ-2022-də Argentina – Meksika matçından (2:0) sonra Messi rəqib futbolçulardan biri ilə formasını dəyişib. Bundan sonra internetdə paltardəyişmə otağından Lionelin Meksika millisinin formasını yerə atması, sonra isə təsadüfən geri təpiklə vurması əks olunan video yayılıb. Bu vəziyyət Alvaresi qəzəbləndirib. O, Messinin Meksika millisinin forması və ölkə bayrağı ilə döşəməni sildiyini söyləyib və Messini təhdid edib.
Tayson isə sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib: “Kanelo adlı biri Lionel Messini hədələyib. O, Messiyə toxunmağa cəsarət etsə, uzun illərdən sonra rinqə qayıtmalı olacağam”.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-12-2022, 08:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib