Ucarda Suvarma Sistemləri idarəsinin müdiri kəndlilərə qənim kəsilib-ŞİKAYƏT
RegionXəbərləricom.az-a Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Beyput Abbas oğlu tərəfindən daxil olan şikayət məktubunda deyilir.
"Ucarın icra başçısı Mənsur Məmmədovun qardaşı olan Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun korrupsiya əməllərinə görə biz kəndlilər əziyyət çəkirik əkinlərimiz tərg olur.
Belə ki, mən Yuxarı Şilyan kəndində bələdiyyəyə məxsus 18 hektar torpaq sahəsini uzun müddətli müqavilə əsasında icarəyə götürmüşəm.Hər il orada taxıl əkirəm.
Bu il əkin işlərindən əvvəl Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun qəbulunda olub əkindən sonra su ilə təmin oluna biləcəyimi soruşdum.Müşfiq Məmmədov mənə bildirdi ki, su ilə bağlı heç bir problem yoxdur get arxayın əkin işlərini apar.Mən buna inanıb 3000 manatdan sox pul xərcləyib 18 hektar torpaq sahəmi şumlayıb taxıl əkdim.Suvarma vaxtı gələndə Müşfiq Məmmədov istədiyi artıq pulu verə bilmədiyim üçün mənə bildirdi ki, əkin suyu ilə təmin olunmaq üçün səninlə müqavilə bağlanılmalıdır.Buna görə snədlərimi hazırlayıb Müşfiq Məmmədova təqdim etdikdə müqavilə bağlamaqdan qanunsuz olaraq imtina etdi.Səbəb kimi qeyd etdi ki, həmin əraziyə su getmir ona görə müqavilə bağlaya bilmərik.
Ancaq bu tam yalan və qanunsuzluqdur ki, Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov mənə qarşı edir.Mənim qonşu torpaq sahələrinə su bola-bol verilir.Hətda mən buna dair video çəklişdə etmişəm. Ucar rayon Suvarma Sistemləri İdarəsinin Xeybər adlı Yuxarı Şilyan kəndində olan əməkdaşı suvarma arxının qarşısını bəndləyib əlbə-əl pul verənlərin torpaq sahələrinə su verir.Mən 1 ay 18 gündür torpağımı əkmişəm hələ mənə su verilməyib ancaq 4 gün əvvəl əkin işi aparanlara su verilib.Qeyd edim ki, müqavilə əsasında suya görə verilən pul dövlət büdcəsinə keçirilir ancaq əlbə əl verilən pul Müşfiq Məmmədovun cibinə su kimi axır.
Mən buna görə Ucar rayon İcra Hakimiyyətinin şöbə müdiri Vaqif Mehdiyevin və Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Rəhman Səfərovun dəfələrlə qəbulunda olsamda heç bir tədbir görə bilməyiblər.
Çünki rayonda icra başçısı olan qardaşına güvənən Müşfiq Məmmədov Ucar rayon Suvarma Sistemləri İdarəsini öz şəxsi ofisi kimi idarə edir.Həftənin 6 gününü Bakıdakı evində olur bir gün isə yığılan pulları aparmaq üçün idarəyə gəlir.
09 dekabr 2022-ci il tarixdə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun Ucar rayonunda vətəndaşların qəbulunu keçirməsi xəbərinə Ucar sakinləri çox sevinirlər.Məndə həmin qəbula yazılmışam və inanıram ki, Zaur Mikayılov işinin öhdəsindən gələ bilməyən korrupsiyaya qurşanmış Müşfiq Məmmədovun barəsində qanunu tədbirlər görəcək.
Mənim oğlum Rafiq vətən müharibəsi veteranıdır. Səfərbərliklə müharibəyə aparılan zaman icra başçısı Mənsur Məmmədovun qardaşı oğluda həmin avtobusda olub ancaq tapşırıq əsasında Yevlaxda yerə düşürdülərək evinə qaytarılıb.
Sizdən xahiş edirəm şikayətimi yerində araşdırıb Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun barəsində təcili və qanunu tədbirlər görəsiniz".
RegionXəbərləricom.az
Paylaş:
Müəllif : Fuad
Tarix:28-11-2022, 08:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var