reklam
Regionxeberlericom.az » Gündəm » Naxçıvanda qanun xan deyil, XAN QANUNDUR - BU DA FAKT!!!

reklam

Naxçıvanda qanun xan deyil, XAN QANUNDUR - BU DA FAKT!!!















Tanınmış jurnalist Tural Səfərov yaşadığı ünvana daimi qeydiyyata düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Aldığı cavab isə əməlli-başlı “xan”sayağı olub. RegionXəbərləricom.az ovqat.com-a istinadən məlumatına görə, Tural Səfərov dünən Facebook səhifəsində paylaşdığı statusdan belə anlaşılır.

Statusda deyilir:

“Artıq aylardır ki, mən Bakı şəhərindəki mülkiyyətimdə olan mənzilə daimi qeydiyyata düşə bilmirəm. Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi hərbi uçotu əsas gətirərək məni daimi yaşadığım ünvana daimi qeydiyyata almaqdan imtina edir. Biz də hərbi qeydiyyat məsələsini həll etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdik. Əvvəlcə Xidmətin Xətai Rayon İdarəsinə mütraciətim oldu. Ancaq İdarədə müraciətimə müsbət cavab verilmədi, ərizəm qəbul edilmədi, Naxçıvandan hərbi qeydiyyatdan çıxmağım tələb olundu. Bundan sonra Xidmətin özünə müraciət etdim. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Rəşad Kazımovun imzası ilə daxil olan məktubu olduğu kimi təqdim edirəm:

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hərbi qeydiyyatdan çıxarılmağa dair məsələyə baxılması üçün sənədlərinizin əsli ilə Naxçıvan Muxtrar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur”.

Görürsünüzmü. Azərbaycan qanunları məqsədəuyğunluqla tətbiq edilirmiş. Mən hərbi xidmətlə bağlı qanunları oxudum, ancaq “məqsədəuuyğun” maddəsini tapa bilmədim. Hər kəsə bəlli olmayan belə bir qanun Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin arxivində saxlanılırsa, bu, başqa məsələ. Əgər mənim Naxçıvana getməyim qanunun tələbidirsə, o zaman qanunun maddəsini xatırladar və bildirərdilər ki, mütləq gedib Naxçıvanda qeydiyyatdan çıxmalıyam. Məktubda yaşadığım ünvana qeydiyyata düşməklə bağlı heç nə yazılmayıb. Mənim sağlamlıq vəziyyətim Naxçıvana getməyə imkan vermir. İndi mən nə etməliyəm? Bakı şəhərində qeydiyyatsız yaşamalıyam? Bu qədər qanunsuzluq olar? Amma məni yora bilməyəcəksiniz. Bunu kimin tapşırığı ilə etdiyiniz hər kəsə məlumdur.

Bildirirəm ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun kobud şəkildə pozulmasıdır. Həmin qanunun 4.2-ci maddəsində göstərilir ki, çağırışçıların və hərbi vəzifəlilərin (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Qanunun 7.2-ci maddəsində isə bildirilir ki, hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata durmalıdırlar. Qanuna görə bu, mənim hərbi vəzifəli kimi vəzifəmdir. Mən məsuliyyətli vətəndaş kimi, Azərbaycan Respublikasının qanunlarına əməl etməyi özümün vətəndaşlıq borcu hesab edirəm. Və bildirirəm ki, yaşadığım ərazidə hərbi qeydiyyata alınmadığıma görə məsuliyyət daşımıram.

Amma qətiyyən narahat deyiləm. Sonda ədalət zəfər çalacağına, qanunu pozan, kimlərinsə tapşırığı ilə işləyən məmurların isə çox qısa zaman ərzində cəzalandırılacağına əminəm”.



















Qeyd edək ki, artıq bir neçə aydır, Bakı şəhərindəki mülkiyyətində olan mənzilə daimi qeydiyyata düşə bilməyən Tural Səfərov naxçıvanlıların bu qeydiyyat problemini ictimailəşdirib. Ancaq deyəsən, hələ də bu problem öz həllini tapmayıb. Görünür, Azərbaycanın bir sıra dövlət orqanları Vasif Talıbovun qarşısında öhdəlik götürüblər və söz veriblər ki, onun dediklərindən kənara çıxmayacaqlar. Ona görə də onlar üçün qanunun heç bir əhəmiyyəti yoxdur. Onlar üçün vacib olan “xan” həzrətlərinin tapşırığıdır.

Xatırladaq ki, Naxçıvan hakimiyyətinə qarşı üsyan bayrağı qaldırdığına və Vasif Talıbovun Prezidentin iradəsinə zidd hərəkətlərinə qarşı çıxdığı üçün “xan” həzrətləri həmkarımızı ötən il ağır şəkildə cəzalandırmışdı. İndi də məhz Vasif Talıbovun xüsusi tapşırığı ilə onu qeydiyyat məsələsini həll etmirlər.




Paylaş:


Müəllif : Tarix:
5-07-2022, 09:41
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər