"İkicə dərs saatı ilə ailəni necə dolandıra bilərəm?" - Müəllimə Prezidentdən KÖMƏK İSTƏDİ

Bu günlərdə Göygöl rayonunun Nadil kənd orta məktəbinin müəllimi Xəlilova Samirə Qəzənfər qızı redaksiyamıza video-müraciət ünvanlayaraq, həmin məktəbin direktoru Verdiyeva Lilpar Nəsrəddin qızının qanunsuz hərəkətlərindən şikayətlənmişdir.
Samirə müəllimə bildirir ki, Lilpar Verdiyeva məktəbə direktor vəzifəsinə irəli çəkilən gündən (fevral 2019-cu il) vəzifəsindən sui-istifadə etməklə məşğuldur. Öz məqsədinə çatmaq üçün uşaqları, valideynləri müəllimlərin üstünə qaldırmaqdan, müəllimi nüfuzdan salmaqdan çəkinmir. Onun qəbulolunmaz şərtlərinə boyun əyməyən işçiləri təhqir, təhdid edir, səslərini yazıb şantajla hədələyir. Etiraz edənləri qorxudur ki, “mən Təhsil Nazirliyinin xətti ilə direktor təyin olunmuşam, məndən şikayət etsəniz, siz 15 ilə qədər həbs cəzası ala bilərsiz”.
Ancaq direktorun təhdidlərinə baxmayaraq, Samirə Xəlilova və daha bir neçə nəfər müəllim məruz qaldıqları haqsızlıqlara, hüquqpozmalara dözmədikləri üçün bu ilin aprel ayında yuxarı instansiyalara şikayət göndəriblər. Çifayda, onların müraciətlərinə məhəl qoyulmayıb. Əksinə, daha artıq təhdidlərə məruz qalıblar. Ən böyük zərbə isə Xəlilovlara dəyib. Direktor əvvəlcə Samirə müəllimədən ərizəsini geri götürməyini tələb edib. Samirə müəllimə bu tələbi yerinə yetirmədiyi üçün xanım direktor qəzəblənərək onun həyat yoldaşı Arif Xəlilovu məktəbdə işlədiyi təsərrüfat müdiri vəzifəsindən çıxarıb. Di gəl, bu cür qisas almaqla da hirsi-hikkəsi soyumayıb. Samirə Xəlilova bildirir ki, müəllimlərin imtahanında 45 bal toplamasına baxmayaraq, direktor ona cəmi iki dərs saatı verib.
Keçirdiyi stresslərdən, yaşadığı gərginlik səbəbindən bir müddət hətta xəstə yatdığını, müalicə aldığını deyən Samirə müəllimə haqlı bir sual ortaya qoyur: “Özünüz fikirləşin, həyat yoldaşım qisas zəminində işdən çıxarılıb, belə olan halda mən iki azyaşlı uşaq anası olaraq, ikicə dərs saatı ilə ailəni necə dolandıra bilərəm?”
Odur ki, Samirə Xəlilova KİV-dən ictimailəşdirilməsini xahiş etdiyi video-müraciətdə üzünü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya tutur: “Sizlərdən bir vətəndaş kimi, bir ana kimi, bir müəllim kimi xahiş edirəm, mənim haqq səsimə səs verin...”
İnternet üzərindən apardığımız axtarış nəticəsində rast gəldiyimiz informasiyalardan bəlli oldu ki, Lilpar Verdiyeva həm də Nadil kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədridir. İxtisasca biologiya müəllimidir, hətta biologiya üzrə “qıjıkimilərdən, qatırquyruğulardan” elmi iş də müdafiə edib. Yəqin, hakim partiyanın “fəal” üzvü olmasına, “alimliyinə” arxayın olub özbaşınalıq edir. //Nyus.Az//
Paylaş:
Müəllif : Fuad
Tarix:22-10-2021, 11:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-10-2021, 11:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var