İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələr necə təşkil ediləcək? - AKTUAL

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görüləcək mühüm işlərdən biri də bələdiyyələrin yaradılması və bələdiyyə seçkilərinin keçirilməsidir.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib ki, bu məsələ müvafiq qanunvericiliklə tənzimlənəcək.
K.Bayramov vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə optimal idarəetmənin təşkili, həmin ərazilərə köçəcək vətəndaşların yerli ictimai həyatda iştirak imkanlarının təşviq edilməsi baxımından təbii ki, bələdiyyələrin yaradılması zəruri addımdır və dövlət quruculuğunun tərkib hissəsidir:
“Bu məsələ qanunla tənzimlənir və bunun mexanizmi də “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunla müəyyən edilir. Qanuna əsasən, bələdiyyələrin yaradılması üçün ilk növbədə işğalan azad olunmuş ərazilərdə inzibati ərazi dairələrinin, yaşayış məntəqələrinin müəyyən olunması və qeydiyyatı və s. işlər görülməlidir.
Təbii ki, bələdiyyələrin yaradılması üçün Prezident İlham Əliyev müvafiq qanun layihəsi ilə Milli Məclisə müraciət etməlidir və ondan sonra Milli Məclis bu və ya digər bələdiyyələrin yaradılması ilə bağlı qanun qəbul edir və artıq qanunla yaradılmış yeni bələdiyyələrin adları bələdiyyələrin siyahısına və müəyyən işlər görüldükdən sonra da Milli Məclisdə aparılan bələdiyyələrin reysterinə daxil edilir”.
Bələdiyyə seçkilərinə gəldikdə K.Bayramov vurğulayıb ki, burada bir sıra məqamlar var:
“Bildiyiniz kimi, işğaldan azad edilmiş ərazilərdə indiyə qədər bələdiyyə seçkiləri keçirilməyib. Çünki soydaşlarımız indiyə qədər işğal nəticəsində həmin ərazilərdə yaşaya bilmədikləri üçün seçkilərin keçirilməsi də mümkün olmayıb. Ona görə də həmin ərazilərdə bələdiyyə seçkiləri məhz soydaşlarımızın yaşayış yerlərinə qayıtmasından sonra, o ərazilər üzrə seçici siyahılarının müəyyən olunmasından sonra baş tuta bilər.
Ancaq ilk növbədə təbii ki, o ərazilər minalardan təmizlənməlidir, orada həyat qurulmalıdır, vətəndaşlarımız həmin rayonlara köçməlidir və digər müvafiq işlər görülməlidir. Aydındır ki, bələdiyyələr həmin ərazilərdə yaşayan vətəndaşlardan seçilir, ona görə də gərək vətəndaşlar ora köçə bilsinlər ki, bələdiyyələri də formalaşdırmaq mümkün olsun”.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2020, 11:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:30-11-2020, 11:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var