reklam
Regionxeberlericom.az » Gündəm » İş adamları Rusiyada üz-üzə gəldi — Şəmkirdə dəhşətli cinayət törətdilər

reklam

İş adamları Rusiyada üz-üzə gəldi — Şəmkirdə dəhşətli cinayət törətdilər


Şəmkir rayonunda qətl hadisəsi törətməyə cəhd etməkdə ittiham olunan Vaqif İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

regionxeberlericom.az-un Demokrat.az-a istinadən əldə etdiyi məlumata görə, Vaqif İsmayılov Şəmkir rayonu Kür qəsəbəsində yaşayan dostu Rəşad Məmmədovun Şəmkir rayonu Mahmudlu kəndində yaşayan Nazim Abbasov ilə uzun müddət davam edən narazılığı olduğunu bilib.

Vaqif İsmayılov Rəşad Məmmədovun Nazim Abbasovu qəsdən öldürmək təklifi ilə razılaşıb. O, Rəşad Məmmədovun tapşırığı ilə 17 sentyabr 2014-cü il tarixdə, saat 15.45-də özünə məxsus olan mobil telefondan Nazim Abbasova zəng edib, birlikdə münasibətlərini aydınlaşdırmaq bəhanəsi ilə həmin gün saat 20.00-da onu Şəmkir rayonu Kür qəsəbəsinin yaxınlığında yerləşən “Soyuq bulaq” adlanan əraziyə çağırıb.

Daha sonra Vaqif İsmayılov Rəşad Məmmədovla birlikdə cinayətə hazırlıq mərhələsində Şəmkir rayonu, Kür qəsəbə sakini Tural Həsənovu da cinayətkar qrupa daxil edib.

Bu məqsədlə Vaqif İsmayılov bir ədəd ümumi uzunluğu 750 mm olan idman təyinatlı beysbol toxmağı, Tural Həsənov bir tərəfi kəsici ov tipli bıçağı, Rəşad Məmmədov isə odlu silah olan ov tüfənginin kəsiyini və ondan atəş açmaq üçün 3 ədəd dolu patronu götürüb.

Onlar silahlanaraq Rəşad Məmmədova məxsus və onun idarə etdiyi “BMW” markalı avtomaşınla Şəmkir rayonu, Kür qəsəbəsindən Nazim Abbasova görüş təyin etdikləri “Soyuq bulaq” adlanan əraziyə gəliblər.

Orada Nazim Abbasovun fit səsindən sonra Rəşad Məmmədov avtomaşını saxlayıb və hər üçü gəzdirdikləri alət və silahlarla birlikdə avtomaşından düşüb. Birinci Rəşad Məmmədov təşkil etdiyi qrupun ümumi niyyətini həyata keçirərək əvvəlcədən özü ilə gətirdiyi silahdan Nazim Abbasovu qəsdən öldürmək məqsədilə təxminən 30 metr məsafədən bir dəfə atəş açıb. Açılan atəş nəticəsində Nazim Abbasov xəsarət alıb.

Bu zaman Nazim Abbasov qanunsuz olaraq əldə edib gəzdirdiyi avtomat silahı atəş açmaq üçün tək-tək atəş rejiminə gətirərək “BMV” markalı avtomaşının sağ tərəfində ondan 30 metr məsafədə atəş istiqamətində dayanmış Vaqif İsmayılovun və Tural Həsənovun həyat və sağlamlıqları üçün real təhlükə yaranmasına məhəl qoymayaraq Rəşad Məmmədovu ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə 4 dəfə atəş açıb.

Hadisə zamanı Rəşad Məmmədov yaralanıb, ona məxsus olan “BMV” markalı avtomaşını bir neçə yerdən zədələnib.

Yaralı vəziyyətdə olan Rəşad Məmmədov avtomaşından bir neçə metr aralanıb və yerə yıxılıb. Vaqif İsmayılov əlində olan idman beysbol toxmağını yerə ataraq Rəşad Məmmədovun əlindən silahı, cibindən isə iki ədəd dolu patronu götürüb.

Vaqif İsmayılov silahı atəş vəziyyətinə gətirib və həmin vaxt yaralı vəziyyətdə olan Rəşad Məmmədova tərəf yaxınlaşan Nazim Abbasovu qəsdən öldürmək üçün təxminən 25 metr məsafədən ona bir dəfə atəş açıb.

Lakin Nazim Abbasov “BMV” markalı avtomaşının arxasına keçdiyindən qırmalar avtomaşının qabaq kapot və ön şüşəsinə dəyib.

Bundan sonra Nazim Abbasov qışqıraraq silahı yerə atmasını tələb edib. Vaqif İsmayılov bu tələbi yerinə yetirməyib.

Nazim Abbasov Vaqif İsmayılov və Tural Həsənovu qəsdən öldürmək gərarına gəlib. Bu məqsədlə o, avtomat silahdan onlara tərəf bir neçə dəfə atəş açıb.

Vaqif İsmayılov və Tural Həsənov öldürüləcəklərindən qorxub və oradan uzaqlaşıblar. Qaçdıqlarına görə güllələr onlara dəyməyib.

Nazim Abbasov isə öz cinayətkar niyyətini davam etdirərək yerdə yaralı vəziyyətdə olan Rəşad Məmmədova avtomat silahdan əlavə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürüb.

Daha sonra sonuncuya məxsus olan “BMW” markalı avtomaşına oturaraq hadisə yerindən Şəmkir rayon polis şöbəsinə gəlib.

İstintaq orqanı tərəfindən Vaqif İsmayılovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Vaqif İsmayılov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Vaqif İsmayılovun ittiham olunduğu Cinayət Məcəlləsinin 228.4-cü maddə üzrə ona bəraət verilib. O, Cinayət Məcəlləsinin 120.2.1 və 228.2.4-cü maddəsi ilə təqsirli bilinib və cəzası 14 il 9 aya endirilib.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror Vaqif İsmayılovun Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə verilən bəraət qərarının ləğv edilməsini, həmin maddə üzrə də onun cəzalandırılmsını istəyib.

Vaqif İsmayılov da kasasiya şikayəti verərək, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib. Bir müddət əvvəl Ali Məhkəmədə işə baxan hakim heyəti prokurorun protestini təmin edib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Cinayət işi yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya intansiyasında şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib.

Qərara görə, Vaqif İsmayılovun apelyasiya şikayəti təmin edilməyib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Bu qərardan narazı qalan Vaqif İsmayılov kasasiya şikayəti verib. Ali Məhkəməyə göndərdiyi ərizədə kasasiya şikayətinin verilmə müddətinin bərpa edilməsini, kasasiya şikayətinə baxılmasını, cəzasının yüngülləşdirilməsini xahiş edib.

Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan iclasda qərar elan olunub. Qərara görə, Vaqif İsmayılovun kasasiya şikayətinin müddətinin bərpa olunması barədə vəsatəti təmin olunmayıb.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Abbasov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bu cinayətdə adı keçən Tural Həsənov da məhkum olunub.

Xatırladaq ki, Nazim Abbasov və Rəşad Məmmədov biznesmen olublar. Onlar Rusiya Federasiyanın Rostov vilayətində xırda ticarətlə məşğul olub və həmin vaxt aralarında narazılıq yaşanıb.

Elə həmin narazılıqdan yaranan münaqişə Şəmkirdə dəhşətli cinayətlə başa çatıb.


Paylaş:


Müəllif : Tarix:
7-05-2020, 13:13
Sikayət   


loading...
Загрузка...