ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...

Şəmkir rayonu, Duzqışlaq kənd sakini İsmayılov Şükür Rasim oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, özü və qardaşı haqsızlıqla üzləbilər:
“Mən, İsmayılov Şükür Rasim oğlu, bildirirəm ki, qardaşım Vasif Qədim Qala kənd sakini Bağırov Samir Siyavuş oğlundan iki ton işlənmiş yağ alıb. Bu yağ "parnik"in qızdırılması üçün istifadə olunur. Bağırov Samir kartdan karta köçürmə edib, vergidən yayınıb. Burada heç çek əməliyyatı olmayıb. Bu şəxsin heç vergidə qeydiyyatı belə yoxdur.
Qardaşımın mənə verdiyi etibarnamə ilə onun adından 14 saylı Vergi İdarəsinə müraciət etdim. Nazirliyin əməkdaşı İlqar bəy mənimlə əlaqə saxladı. Zəng vuraraq ilk sözü "sənin obyektinin qeydiyyatı yoxdur, sənə cərimə düşür. Sən isə hələ şikayət edirsən", - dedi. Sual verdim ki, Şəmkir rayonunda bir çox obyektlərdə neçə nəfər işçi işləyir, neçəsinin sənədi var, bilirsiniz? Rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan demək olar ki, heç bir obyektin işçilərinin maaş kartları yoxdur. Bu zaman mənə dedi ki, "yaxşı, səndən pul istəmirəm, gəl obyekti qeydiyyata sal".
Bir sözlə, 14 saylı Vergilər İdarəsinə kartdan karta pul köçürmənin sübutlarını təqdim etsəm də, heç bir tədbir görülmür. Mənim istixanam həyətyanı sahəmin içindədir. Mən də xahiş edirəm ki, bütün istixanalar yoxlanılsın və onlar da qeydiyyata götürülsün.
Bir çox sahibkarlara güzəştlər olunub. Amma məni məcburi qaydada qediyyata göndərirlər.
Burada tikinti materialları satılan obyektlər də vergidən yayınır. İşçilər iş saatından artıq işlədilir. Nəzarət edən yoxdur. 14 saylı Vergi İdarəsinin rəis müavini Zaur müəllim də şikayətlərə laqeyd yanaşır.
Bağırov Samirin dediyinə görə, işlənmiş yağı Bak şəhərindən gətirərək, Şəmkirdə istixanalara satır. Rayonda vergi idarəsi düzgün iş aparmır. Hər kəs qanunsuzluqla məşğuldur.
Son illərdə Şəmkirdə obyektlərin sayı dəhşətli dərəcədə artıb. Dövlətə köçürülən pullar isə yəqin ki, artmır. Bütün obyektlər yoxlanılsın, alqı-satqı məlumatlarına baxılsın.
Mən səlahiyyətli qurumlardan xahiş edirəm, Şəmkirdə olan sahibkarların obyektinə nəzarət olunsun ki, kimsə vergidən yayına bilməsin. Vergi əməkdaşları bəzi maraqlar qarşılığında sahibkarlara güzəştlər edirlər. Obyektlərin hamısı vətəndaşa çek vermir.
Bu gün Şəmkirdə işçilərin hər birinin əmək kitabçası olsa, qanunsuzluq nisbətən azalar. Vergidən yoxlama gələn kimi işçiləri obyektdən qaçırdırlar".
Məsələ ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, şikayətçilər qarşılaşdıqları vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Hurriyyet.az
Paylaş:
Müəllif : Fuad
Tarix:21-05-2025, 10:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var