Bakıda hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı - Video

Bakının Xəzər rayonunda hərbçi avtomobilini yandırıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
RegionXəbərləricom.az Oxu.az-a istinadən xəbər verir ki, ehtiyatda olan baş leytenant Murad Əfəndiyev “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. Nəticədə nəqliyyat vasitəsi kül olub.
M. Əfəndiyevin bunu etməsinə səbəb avtomobilinin borcunu ödəyə bilməməsi olub. Belə ki, o, maşını almaq üçün 7 min manat pul verdiyini, qalan borcu isə ödəyə bilmədiyini əsas gətirib.
Məsələ ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Elburus İbrahimov bildirib ki, bir nəfərin avtomobili yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub: “Əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun bir il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1 000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib. Faktla bağlı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir”.
Sözügedən görüntüləri təqdim edirik:
Paylaş:
Müəllif : Fuad
Tarix:14-05-2025, 10:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var