Çindən ABŞ-a böyük zərbə
Çin hökuməti qlobal avtomobil, yarımkeçirici və aerokosmik sənayelərdə zəruri olan bəzi nadir torpaq metalları və maqnitlərin ixracını dayandırmaq qərarına gəlib.
Məlumatı New York Times (NYT) yayıb.
Qəzet yazır ki, Çin hökuməti avtomobillərin, dronların və raketlərin yığılması üçün lazım olan maqnit və ağır nadir torpaq metallarının bir çox limanlarından daşınmalarını dayandıraraq yeni ixrac qaydaları sistemi hazırlayır.
NYT-nin məlumatına görə, görülən tədbirlər bəzi şirkətlərin, o cümlədən amerikalı hərbi podratçıların istehsal fəaliyyətinə, Yaponiya və Almaniyaya tədarüklərə ciddi təsir göstərə bilər. Qəzetin qeyd etdiyi kimi, nadir torpaq metalları və maqnitlərinin ixracı Çinin ümumi ixracının kiçik bir hissəsini təşkil edir və buna görə də ölkəyə ciddi iqtisadi ziyan vurmayacaq, lakin bunun ABŞ və digər ölkələr üçün ciddi nəticələri ola bilər.
Qeyd edək ki, ixracı dayandırılan məhsulların istehsalı sahəsində Çin 90 faizə qədər paya malikdir. Onların ixracına nəzarət qərarı aprelin 2-də Donald Tramp Çinə qarşı 34 faizlik yeni tariflər tətbiq etdikdən sonra qəbul edilmişdi. Sonrakı dövrdə münasibətlərin gərginləşməsi Pekinin həmin məhsulların ixracının damamən dayandırmasına səbəb olub. Bu, yalnız ABŞ deyil, həmin məhsulların idxalından asılı olan digər ölkələr, o cümlədən Vyetnam, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və ABŞ-la danışıqlara başlayan digər ölkələrə də böyük zərər vura bilər.//Musavat.com
Paylaş:
Müəllif : Fuad
Tarix:14-04-2025, 10:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto