Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncam ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov işdən çıxarılıb.
Bakupost.az -ın əldə etdiyi məlumata görə, buna onun işində yol verdiyi nöqsanlar, metropolitenin işini lazımı səviyyədə qura bilməməsi səbəb olub.
Qeyd edək ki, o, bu vəzifəyə 27 fevral 2014-cü ildə təyin olunmuşdu. Z.Hüseynov 10 ildən artıq müddətdə “Bakı Metropoliteni”nə rəhbərlik etsə də, paytaxt sakinlərinin rahat və ucuz olduğu üçün ən çox istifadə etdiyi nəqliyyatın işində dönüş yarada bilmədi. Bir neçə yeni stansiyanın açılışını (onların tikintisinə əvvəlki rəhbərliyin vaxtında başlanmışdı) nəzərə almasaq, ötən 10 il ərzində metro təsərrüfatında ciddi yeniliklərin baş verdiyini söyləmək çətindir.
Amma əvəzində biz nələri müşahidə etdik? Metroda hərəkətin intensivləşməsini gözlədiyimiz halda qatarların gecikməsinin adi hal almasını. Bu, problem xüsusən də son aylarda daha qabarıq şəkildə nəzərə çarpmağa başladı. Bu yaxınlarda "28 May" stansiyasında yaranan problem yəqin ki, hər kəsin yadındadır. Xəttə buraxılan qatarın nasaz olması səbəbindən sərnişinlər "28 May"da düşürüldü və qatar müayinəyə göndərildi. Uzun intervalın yaranması insanların bir saata yaxın metroda qalmasına səbəb oldu. Metropolitendən verilən açıqlamada problemlə bağlı xüsusi iclasın keçiriləcəyi bildirildi. İclas keçirilsə də, heç bir nəticəsi olmadı.
Dünən metronun "Sahil" stansiyasında yaşananlar bunu bir daha təsdiq etdi. Stansiyada eskalatorlardan birinin hərəkətində fasilə yarandı və bu da öz növbəsində metroda ciddi sıxlıq yaratdı. Nəticədə yalnız metroda deyil, şəhərin mərkəzində ictimai nəqliyyat, bütövlükdə yol hərəkəti müəyyən müddətə iflic oldu, insanlar saatlarla dayanacaqlarda qaldılar.
Beləliklə, Zaur Hüseynovun rəhbərlik etdiyi sahədə işi düzgün qura bilməməsinin məntiqi nəticəsi olaraq, o, vəzifəsindən azad edildi.
Bəs, onun yerinə təyin olunan Vüsal Aslanov bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən gələ biləcəkmi? Hələlik yalnız onu deyə bilərik ki, o, gənc olmasına rəğmən, nəqliyyat sahəsində mühüm vəzifələrdə çalışıb və müəyyən təcrübə əldə edib. Yeni vəzifəsində nə qədər uğurlu olacağını isə yaşayarıq, görərik...
Paylaş:
Müəllif : Fuad
Tarix:21-12-2024, 14:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var