Kiyev nüvə silahı əldə etməyə çalışır? - Müzakirə başladı
Ukraynanın nüvə statusunun ehtimal olunan bərpası müxtəlif, o cümlədən Böyük Britaniya, Polşa və Baltikyanı ölkələrin iştirakı ilə subregional birliyin yaradılması kontekstində nəzərdən keçirilə bilər.
Bu barədə UNİAN müxtəlif ekspertlərə istinadən məlumat yayıb.
Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!
Yeni Geosiyasət Araşdırmaları Şəbəkəsinin direktoru Mixail Samus ukraynalı ekspertlərin “Qələbə üçün daxili planın müdafiə aspektlərinə baxış” adlı sənədi hazırlamasından danışıb:
"Biz orada hətta Ukraynanın nüvə doktrinasına da toxunduq. Bu, nə qədər mübahisəli məsələ olsa da, hesab edirik ki, buna Ukraynanın milli maraqları nöqteyi-nəzərindən baxmağın vaxtı çatıb. Əvvəlcə Ukraynanın milli maraqları, sonra isə növbəti məsələ. Böyük ölkələr, yetkin dövlətlər belə davranırlar. İnanıram ki, biz bu sualları verə biləcək dərəcədə böyümüşük".
Hərbi ekspert Valentin Badrak isə bildirib ki, nüvə məsələlərinə dair bir sıra məsləhətləşmələr aparılıb:
"Başa düşürük ki, nüvə silahı yaratmaq üçün texnoloji potensial siyasi qərarlara tabedir. Ona görə də deyə bilərik ki, Ukrayna öz qeyri-nüvə statusuna yenidən baxmaq və nüvə statusu almaq üçün texnoloji potensiala malikdir"./Axar.az
Paylaş:
Müəllif : Fuad
Tarix:13-11-2024, 11:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var