Qəzzaya sülhməramlılar göndərilə bilər – “Bloomberg”
ABŞ və İsrail Fələstinin HƏMAS hərəkatı hazırkı münaqişədə məğlub olacağı təqdirdə, Qəzza zolağına sülhməramlı qüvvələr göndərməyi düşünür.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ da daxil olmaqla bir neçə ölkənin silahlı qüvvələrinin sülhməramlı missiyası Qəzzaya göndərilə bilər. Beləliklə, anklav ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın dəstəyi ilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələrinin nəzarətinə keçəcək.
“Bloomberg”in xəbər verdiyi kimi, ikinci variant Misir və İsrail arasında 1979-cu il müqaviləsində təsbit edilənə bənzər sülhməramlı missiyanın təşkilini nəzərdə tutur. Agentliyin mənbələrinin bildirdiyinə görə, İsrail hesab edir ki, bu variant daha diqqətəlayiqdir.
Üçüncü varianta görə, Qəzza zolağı BMT-nin nəzarətinə keçir. Lakin İsrail bu planı məqsədəuyğun hesab etmir. “Bloomberg” mənbələrinin qeyd etdiyi kimi, danışıqlar ilkin mərhələdədir. Ancaq bəzi Amerika rəsmiləri bu planların həyata keçirilməsinin çox çətin olacağını hesab edirlər.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının (MTŞ) mətbuat xidmətinin rəhbəri Eydrienn Vatson isə agentliyə bildirib ki, ABŞ hərbi qüvvələrinin sülhməramlı missiya çərçivəsində Qəzzaya göndərilməsi müzakirə edilmir.
Digər mənbələr isə vurğulayırlar ki, hətta Qəzzada ABŞ qoşunlarının kiçik bir kontingenti belə siyasi baxımdan riskli qərar olardı. Bundan əlavə, ərəb ölkələrinin sülhməramlı missiyada iştirakda nə dərəcədə maraqlı olduqları da hələlik məlum deyil.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-11-2023, 12:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb