reklam
Regionxeberlericom.az » Siyasət » MİSİR PREZİDENTİ ORDUYA HAZIRLIQ ƏMRİ VERİB - Ölkə İsrailin əlində oyuncağa çevrilib

reklam

MİSİR PREZİDENTİ ORDUYA HAZIRLIQ ƏMRİ VERİB - Ölkə İsrailin əlində oyuncağa çevrilib


Bəs Fələstin ərəb dövləti deyil?
Misirin prezidenti Əbdül Fəttah əs-Sisi ölkənin silahlı qüvvələrinə «Misirin milli təhlükəsizliyini təmin emək» üçün ən yüksək döyüş hazırlığını saxlamaq barədə əmr verib.
Avqustun 20-də Misir silahlı qüvvələrinin komanda heyəti ilə baş tutan görüşdə prezident bölgədə cari çağırışlar fonunda istənilən vəzifəni yerinə yetirmək üçün orduya hazır olmaq tapşırığı verib. Bu barədə «Arab News» nəşri xəbər verib.
İclas Misir liderinin Liviya üsyançı marşal Həftara ismarış göndərməsindən bir gün sonra keçirilib. İsmarış Misir hərbi kəşfiyyatının başçısı general-mayor Xaləddin Meqaver tərəfindən Həftarın Ər-Racmedəki mənzil-qərargahına çatdırılıb. İsmarışın mətni açıqlanmır.
Misir ordusuna əmrin verilməsi və Liviyanın üsyançı marşalı Həftara məktubun göndərilməsi Türkiyə və Qətərin müdafiə nazirlərinin Tripoliyə səfərindən sonraya təsadüf edib.
Xəbər verildiyi kimi, iyulun 20-də Misir parlamenti ölkə prezidentinə Liviyada hərbi əməliyyat keçirmək üçün mandat verilməsinə yekdilliklə səs verib. Ərəb respublikası nümayəndələr palatası dövlət başçısına və silahlı qüvvələrə «Liviyanın, Misirin və digər ərəb dövlətlərinin milli təhlükəsizliyini təmin etmək» üçün mandat verib.
Buna qədər Liviya tayfalarının nümayəndə heyəti Qahirəyə səfər edib və Misir prezidenti ilə görüş zamanı Liviyanın və Misirin milli təhlükəsizliyini qorumaq üçün qonşu ölkədəki münaqişəyə qarışmağı xahiş edib.
Misirin silahlı qüvvələri qonşu Liviyaya miqyaslı soxulma hazırlayr. Orada Türkiyə tərəfindən dəstəklənən Liviya Milli Razılıq Hökuməti Sirt şəhərinə və «Cufara» aviabazasına hücumu davam etdirir. Bu məntəqələr üsyançı marşal Həftarın nəzarəti altındadır.
Misirin istefada olan generalı Maxfuz Marzukun sözlərinə görə, son bir neçə həftə ərzində ərəb respublikasının ordusu quruda və suda təlimlər keçirir, təlimlərin miqyası və ssenarisi ondan xəbər verir ki, Qahirə ehtiyac yaranarsa, «Liviyaya qüvvə tullamaq üçün ciddi düşünür».
Bəs, Qahirəni Türkiyə ilə bu qarşıdurmaya vadar edən nədir? Artıq xəbər verildiyi kimi, ötən ilin noyabrında Türkiyə Liviyanın BMT tərəfindən tanınmış (legitim!) Milli Razılıq Hökuməti ilə Şərqi Aralıq dənizində sərhədlərin müəyyən olunması barədə müqavilə imzalayıb. Həmin müqavilənin şərtlərinə istinad edən Türkiyə hökuməti Aralıq dənizinin bu hissəsində haqlı olaraq istisnasız iqtisadi zonaya iddia edir. Bu iddia İsrailin və Yunanıstanın müəyyən enerji layihələrinə mane olur - Liviya ilə bağlanmış müqavilədən sonra İsrail öz planlarını həyata keçirmək üçün mütləq Türkiyənin razılığını almalıdır. Belə ki, İsrailin Kipr üzərindən Yunanıstana çəkməyi planlaşdırdığı qaz kəməri Türkiyənin istisnasız iqtisadi zonasından keçməlidir. İsrail və Yunanıstan maksimalist mövqedən çıxış edir və Türkyəni qulaqadına vurmaq cəhdləri göstərirlər. Misir isə bu «mübahisədə» pərsəng rolunu oynayır və faktiki olaraq, İsrailin əlində oyuncağa çevrilib.

Məhz bu səbəbdən, Misir parlamentinin «…digər ərəb dövlətlərinin milli təhlükəsizliyinin müdafiəsi» üçün Liviyaya girmək məsələsində prezident əs-Sisiyə mandat verməsi, yumşaq desək, səmimi səslənmir. Nə üçün? Məsələ burasındadır ki, digər ərəb dövlətlərinin təhlükəsizliyi deyərkən, Qahirə nədənsə Fələstini «unudur». Məgər Fələstin ərəb dövləti deyil ki, İsrail 1948-ci ildən üzübəri onun başında qoz sındırır?! Əs-Sisi ərəb qonşularının qeyrətini çəkəndirsə, nə üçün hər dəfə İsrail aviasiyası, artilleriyası Qəzza zolağını atəşə tutanda, bölgə ilə sərhədini bağlayıb, silahsız fələstinliləri İsrail ordusu ilə baş-başa buraxır?!
Sisinin “qarın ağrısı” heç də «digər ərəb dövlətlərinin təhlükəsizliyi» məsəsi deyil. Məlum olduğu kimi, Misirin keçmiş prezidenti, mason Ənvər Sədat hələ ötən əsrin 70-ci illərində ABŞ-ın Kemp-Devid şəhərində İsraillə bir separat saziş imzalayıb və bununla da Misir Fələstini qulaqardına vuraraq, İsraili rəsmi tanıyan ilk ərəb dövləti olub. Həmin sazişin məxfi bir maddəsinə görə, İsrail tərəfi Misirə bu «xidmətinin» qarşılığında hər il 5 milyard dollar «yardım» verməyi öhdəsinə götürüb. Sisinin “qarın ağrısı” bax, həmin 5 milyard dollardır!
Müşahidəçilərin bildirdiyinə görə, həmin 5 milyard maliyyənin hesabına, ötən müddət ərzində Misir ordusunda bir «elita» formalaşıb - satqınlar elitası! İndi bu xəyanətkar «şayka» İsrailin əlində üzüyola bir oyuncağa çevrilib.


Paylaş:


Müəllif : Tarix:
22-08-2020, 00:35
Sikayət   


loading...
Загрузка...