reklam
Regionxeberlericom.az » Dünya » Prezidentliyə namizədi pornoqrafik görüntüləri ilə təhdid edən barədə YENİ XƏBƏR

reklam

Prezidentliyə namizədi pornoqrafik görüntüləri ilə təhdid edən barədə YENİ XƏBƏR


Məmləkət Partiyasının sədri Muharrem İncenin prezidentliyə namizədliyi prosesi zamanı sosial mediada yayılan görüntü və sənədlərlə əlaqədar Ankara Respublika Baş Prokurorluğu araşdırmalara başlayıb və 17 şübhəli haqqında həbs qərarı çıxarıb.

Xarici KİV xəbər verir ki, FETÖ təşkilatı ilə əlbir olmaqda təqsirləndirilən Cevheri Güven və təşkilata üzv olmaqda təqsirləndirilən "Ankara Kuşu" adlı hesabın istifadəçisi olduğu iddia edilən Oktay Yaşar da daxil olmaqla 4 şübhəli haqqında da həbs qərarı çıxarılıb. 

Ədliyyəyə gətirilən şübhəlilərdən 11-i həbs tələbi ilə Sülh Cəza Hakimliyinə sövq edilib. İzmir Böyükşəhər Bələdiyyəsində çalışdığını bəyan edən Mehmet Galoğlu, İzmirli biznesmen Səlim Faruk Kızılırmak və iş adamı Ozan Özgür Doğru, “Şəxsi məlumatları qanunsuz olaraq ələ keçirmək və ya yaymaq, şəxsi həyatla bağlı görüntü və səsləri bilərəkdən yaymaq"da törətdiyi cinayətlərə görə həbs edilib. Şübhəlilərin sözügedən paylaşımının prezidentliyə namizədin seçki prosesindən ayrılmasını təmin etmək məqsədi ilə edildiyi iddia edilib.

‘Kumpas’ta üç tutuklama

Həbs olunan Galoğlu, "İncəyə aid olduğu iddia edilən pornoqrafik video mənim qalereyamda var idi. "WhatsApp" vasitəsilə göndərmək istədim. Əlim dəydi, göndərdim” deyərkən Kızılırmak “çünki gördüyüm anda paylaşmaq istəmişdim” deyib.

Polisin dindirmə hesabatında bildirilib ki, "Twitter" istifadəçisi Ali Yeşildağ pornoqrafik məzmunlu şəkilləri montaj edərək İncenin şəklini yerləşdirərək belə paylaşıb, həmçinin sosial mediada adından pul köçürməsi olduğunu bildirən saxta bank qəbzi paylaşıb. 




Paylaş:


Müəllif : Tarix:
18-05-2023, 11:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər