Alla Puqaçova Ukraynanı maliyyələşdirməkdə ittiham edildi: Xarici agent elan oluna bilər

Rusiya Xalq artisti Alla Puqaçova barəsində araşdırma aparılması ilə bağlı Baş Prokurorluğa müraciət ünvanlanıb.
“Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə üzrə Federal Layihə”nin rəhbəri Vitali Borodin Baş Prokurorluğa bununla bağlı ərizə təqdim edib.
Borodin Puqaçovanın hələlik təkcə Ukrayna ordusunu maliyyələşdirməsi ehtimalı ilə bağlı araşdırmalarını xahiş edib.
“Mən sizdən Alla Borisovna Puqaçovanı Ukrayna Silahlı Qüvvələrinə maddi yardım göstərməsi ilə bağlı yoxlamağı xahiş edirəm”, - deyə o qeyd edib.
Borodin bildirib ki, Puqaçova hazırda İsraildə yaşasa da, Ukraynadakı müharibəni tənqid edir, Rusiyanı tərk edən mədəniyyət və incəsənət xadimlərini dəstəkləyir, Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirdiyi ilə bağlı da ehtimallar var. O, həmçinin iddia edib ki, təmsil etdiyi qurum Alla Puqaçovanın fəaliyyətinin və onun Qərb kəşfiyyat xidmətləri ilə əlaqələrinin xaricdən maliyyələşdirildiyini aşkara çıxarıb.
Qeyd edək ki, daha əvvəl Alla Puqaçovanın qızı, müğənni və aktrisa Kristina Orbakaytenin də Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirilməsi ilə bağlı yoxlanılması istənilmişdi. Bununla bağlı isə “Rusiyanın Cənub Vətənpərvər Qüvvələri Assosiasiyası” ərizə verib.
Mənbə: MK.ru
Paylaş:
Müəllif : Yazar
Tarix:12-04-2023, 17:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var

Bərdənin icra başçısı “JEK” işçilərini villasında işlədir , mərkəzi park dağılır - video - foto