reklam
Regionxeberlericom.az » Dünya » Dünən Rusiya Xəzər dənizindən Ukraynaya 20 raket atıb

reklam

Dünən Rusiya Xəzər dənizindən Ukraynaya 20 raket atıb

















Dekabrın 31-i günortadan sonra Rusiya ordusu Xəzər dənizində yerləşən raket sistemlərindən Ukraynaya raket zərbələri endirib.

Raketlər Kiyev, Xmelnitski, Nikolaev və Zaporojyedə mülki hədəfləri vurub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı bildirib ki, Ukrayna Müdafiə Qüvvələri 20 raketdən 12-ni vurub . 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ümumilikdə son sutka ərzində Rusiya qoşunları Ukraynaya 31 raket və 12 hava zərbəsi endirib . Bundan əlavə, yeni il gecəsi Ukrayna əsgərləri 45 kamikadze pilotsuz uçan aparatı məhv ediblər.

Bildirilib ki, Qara dənizdə düşmən gəmiləri əhəmiyyətli dərəcədə azalıb və döyüş növbətçiliyində olan bazalarda heç bir reaktiv daşıyıcı yoxdur.




Paylaş:


Müəllif : Tarix:
1-01-2023, 19:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər