II Yelizavetanın Moskvada 4 mənzilinin olduğu üzə çıxdı

Böyük Britaniyanın kraliçası II Yelizavetanın Moskvanın mərkəzində elit daşınmaz əmlaklara sahib olduğu məlum olub.
Kraliçanın Rusiya paytaxtında ən bahalı yaşayış komplekslərinin yerləşdiyi “Zolotoya Milya” rayonunda 4 mənzili var. Bunlardan üçü 2002-ci ildə “ПКФ Фронт” şirkətindən, biri isə 2003-cü ildə biznmesmen Andrey Roketskovdan satın alınıb.
II Yelizavetanın mənzilləri binanın birinci, ikinci və dördüncü mərtəbələrində yerləşir. Hər bir mənzilin ümumi sahəsi 839 kvadratmetr, ümumi kadastr dəyəri isə 540 milyon rubl (14 milyon 472 min AZN) təşkil edir.
Kanada səfirliyindən bildirilib ki, əmlak rəsmi olaraq dövlət başçısı olduğuna görə Yelizavetanın adına qeydiyyatdadır:
“Bu mənzil Kanada hökumətinə məxsusdur. Kanada konstitusional monarxiyadır və dövlət başçısı isə kraliça II Yelizavetadır. Bu səbəbdən mənzilin Kanada Kraliçasına məxsus olduğunu bəyan edirik”.
“Baza” yazır ki, kraliça heç vaxt bu mənzillərə baş çəkməyib. Çox güman ki, orada Starokonyuşenni zolağında yerləşən Kanada səfirliyinin əməkdaşları yaşayır.
Xatırladaq ki, II Yelizavetanın Rusiyaya ilk və son səfəri 1994-cü ilin oktyabrında baş tutub. Diplomatik protokol ingilis monarxın eyni ölkəyə iki dəfə rəsmi səfərdə olmasını qadağan edir, buna görə də Yelizaveta növbəti dəfə Rusiyaya yalnız səyahətçi olaraq gedə bilər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-07-2019, 17:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-07-2019, 17:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23
3-09-2025, 20:54
3-09-2025, 10:22

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO

Xəstəxanalarda və poliklinikalarda ölü canların olması iddiaları irəli sürülür - İDDİA/FOTO

Avstraliya Rusiya vətəndaşlarına sanksiya tətbiq etdi - Siyahıda İlham Rəhimov da var